Icma.az
close
up
RU
Dövrünün şəxsiyyəti: Nikolay Baybakov “ikinci” və “üçüncü” Bakının yaranması

Dövrünün şəxsiyyəti: Nikolay Baybakov “ikinci” və “üçüncü” Bakının yaranması

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Moskva, 30 aprel, AZƏRTAC

Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş “Baybakovun irsi” adlı tədbir təşkil edilib. V.İ.Vernadski adına Dövlət Geologiya Muzeyində keçirilən tədbirdə Nikolay Baybakovun yoldaşları, həmkarları, neft-qaz sektorunun təmsilçiləri, elmi ictimaiyyət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri İsmayıl Əsədov səfir Rəhman Mustafayevin xoş arzularını iştirakçılara çatdırıb. O qeyd edib ki, ölkəmizdə Nikolay Baybakovun xatirəsini ehtiramla anırlar. Diplomat xatırladıb ki, bizim məşhur həmyerlimiz Azərbaycanın yüksək mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Tədbir çərçivəsində N.Baybakov haqqında sənədli film nümayiş etdirilib. Filmdə onun Sabunçudakı evindən, təhsil aldığı məktəbdən, eləcə də “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə Ümummilli Lider Heydər Əliyevlə görüşündən nadir kadrlar yer alıb. Həmin mərasimdə Nikolay Konstantinoviç çıxış edərək müharibə illərində Azərbaycanın əhəmiyyətini xüsusi vurğuladı: “Bəlkə də heç bir respublika bu qədər iş görməyib. Ukrayna və Krasnodar işğal olunanda, bütün ümid yalnız Azərbaycana qalırdı. Biz cəbhəyə və xalq təsərrüfatına nefti Xəzər dənizinin o biri tayına sisternlərlə çatdırdıq. Vətənimin faşizm üzərində Qələbədə əhəmiyyətini bir daha vurğulamaq istərdim”.

İştirakçılar N.Baybakovun Azərbaycanla əlaqələrinə xüsusi diqqət yetiriblər. Rusiya Neft və Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmalın AZƏRTAC-ın müxbiri ilə söhbətində vurğuladığı kimi, Nikolay Konstantinoviç ömrünün son günlərinə qədər Azərbaycanı öz vətəni hesab edirdi: “O, tez-tez Bakıda olur, onu Azərbaycanın ən yüksək ordeni ilə təltif etmiş Heydər Əlirza oğlu Əliyevlə görüşürdü. Onun təşəbbüsü ilə iri neft bölgələrinin Azərbaycan paytaxtının şərəfinə - Volqa-Ural vilayətinin “ikinci Bakı”, Tümenin “üçüncü Bakı” adlandırılması ənənəsi yarandı”.

Öz növbəsində, Rusiya Baş nazirinin keçmiş müavini Valeri Serov qeyd edib ki, N.Baybakov Bakıda doğulub boya-başa çatıb və onun bütün inkişafı Azərbaycanla bağlıdır. Təsadüfi deyil ki, o, Sovet İttifaqının neft-qaz sənayesinin inkişafında əsas fiqura çevrilib. V.Serov Azərbaycanda təhsil almış mütəxəssislərin Rusiyada neft-qaz sənayesinin inkişafında böyük rol oynadığını vurğulayıb: “Məhz onların əzmkarlığı sayəsində Sibirdə yataqların işlənməsinə başlanıldı. Qərbi Sibirə işləməyə göndərilən azərbaycanlı geoloq Fərman Salmanov regionun ən böyük neft-qaz yataqlarının aşkar edilməsində həlledici rol oynadı”.

Tədbirdə çıxış edənlər arasında Baybakov Fondu İdarə Heyətinin sədri Aleksandr Romaşin, neft sənayesi veteranı Anatoli Anisimov, MDU-nun professoru Yelena Vedutai və başqaları da olublar. Nikolay Konstantinoviçin nəvəsi, ictimai xadim Mariya Baybakova və nəticəsi, “LukOİL” şirkətinin əməkdaşı Pyotr Baybakov xatirələrini bölüşüblər.

Tədbirin sonunda Nikolay Baybakov adına mükafatlar təqdim olunub.

Nikolay Baybakov görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, texnika elmləri doktorudur. O, Bakı neft mədənlərində mühəndis vəzifəsindən SSRİ Dövlət Plan Komitəsinin sədri və Sovet İttifaqı Nazirlər Soveti sədrinin müavini vəzifələrinə qədər yüksəlib.

Nikolay Konstantinoviç Belarusdan Bakıya gələn fəhlə ailəsində anadan olub. Valideynləri Nobel neft mədənlərində çalışıblar. O, Azərbaycan Neft İnstitutunu bitirib və peşəkar fəaliyyətinə Bakıda neft hasilatında innovativ texniki həllər təklif etməklə başlayıb.

Baybakov bütün həyatı boyu Azərbaycanla sıx əlaqə saxlayıb və ölkəmizi öz vətəni hesab edib. O, Azərbaycan SSR-dən SSRİ Ali Sovetinin deputatı olub, sonrakı illərdə Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinə rəhbərlik edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri