Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bakının daşınmaz əmlak bazarı: bu ilin yekunları, gələn ildən gözləntilər

Bakının daşınmaz əmlak bazarı: bu ilin yekunları, gələn ildən gözləntilər

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moderator.az Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert  Vüqar Orucun müsahibəsini təqdim edir.

– Vüqar müəllim, artıq yeni ilə sayılı günlər qalıb. Əmlak bazarında bu ilin yekunları, gələn ildən gözləntilər. 2024-cu il əmlak bazarı üçün necə bir il oldu?

– Daşınmaz əmlak bazarı Azərbaycanda inkişaf edən sahələrdən biri kimi 2024-cü  ildə yadda qaldı. İl ərzində müxtəlif istiqamətlər üzrə əmlak növləri olaraq həm mənzillər, həm fərdi yaşayış evləri, həm qeyri- yaşayış obyektləri, həm  də torpaq sahələri üzrə qiymətlərdə artım müşahidə edildi. Əmlak bazarında artımın  səbəbi ölkədə baş verən iqtisadi inkişaf və 30 il ərzində işğal altında olan  ərazilərin azad edilməsi nəticəsində Azərbaycanın investisiya həcminin artması, Qarabağ və ətraf rayonlarda infrastrukturun bərpası ilə bağlı görülən işlər,  Azərbaycanın stabil, müharibəsiz və inkişafa meyilli bir ərazi kimi  dünya dövlətləri tərəfindən qəbul olunmasıdır. Ölkəmizin   beynəlxalq tədbirlərə, xüsusilə də  COP29 –a etdiyimiz yüksək səviyyəli ev sahibliyi və bunların fonunda daşınmaz əmlakın ölkədə pul yığımı kimi çıxış etməsi faktoru əmlak bazarına təsir edən amillərdəndir. 

– İnşaat materialları və işçi qüvvəsi ilə bağlı baş verən qiymət artımları tikinti bazarına hansı təsirləri göstərib?

– Əmlak qiymətlərinin artımını tətikləyən yəni  stimullaşdıran amillərdən biri də inşaat materiallarının və işçi qüvvəsinin qiymətlərində baş vermiş dəyişikliklərdir. İşçi qüvvəsi müqayisə etibarilə son bir neçə ili müqayisə etsək, əvvəlki illərə nisbətən 2-2,5 dəfə işçi qüvvəsinin xidmət haqqı yüksəlibdir. İnşaat materiallarında da eyni adekvat olaraq qiymətlərin artımını biz müşahidə edirik və  bu inşaat işlərinin, tikintinin baha başa gəlməsinə səbəb olur. Eyni zamanda, sahibkar da əvvəlki gəlir qane olmur, daha böyük məbləğdə gəlir əldə etmək istəyir. Çünki buna səbəb  manatın alıcılıq qabiliyyətində müvafiq dəyişikliklərin baş verməsidir. Dünyada baş verən qlobal inflyasiya  Azərbaycana da təsir göstərir və  bütün bunlar qiymətin artımını şərtləndirən amillər kimi çıxış edir. 

– Torpaq sahələrinin qiymətlərində kəskin artım müşahidə olundu. Sizcə, bunun əsas səbəbləri nələrdir və bu prosesin gələcəkdə necə davam edəcəyini düşünürsünüz?

– Bu istiqamətdə ən çox artıma məruz qalan torpaq sahələrinin qiymətidir. Belə ki, torpaq sahələri təbii olaraq bahalaşmağa meyilli olan əmlak növüdür. Bilirsiniz ki, hər bir ölkənin daxilində torpaq fondları məhduddur və o torpaq fondlarını artırmaq mümkün deyil. Çünki tikilidən fərqli olaraq torpaq fondları artmır, o stabil olaraq qalır və tikinti ilə örtülmüş torpaq sahələri gün gündən artır. Yəni sərbəst torpaq sahələrinin hər il əvvəlkinə nisbətən azalır və bu da təbii artıma səbəb olur. Pay torpaqları,  kənd təsərrüfatının müxtəlif təyinatlar üzrə torpaqlar, sənaye və digər təyinatlı torpaqlar, istərsə də  yaşayış torpaqları olsun, hər birinin qiymətində artımı gördük və bu artım növbəti ildə də davam edəcək. 

 – Vətəndaşların bank depozitləri əvəzinə daşınmaz əmlaka investisiya etməsi tendensiyası getdikcə artır. Bu tendensiyanın uzunmüddətli perspektivdə nəticələri nə ola bilər?

–  Əvvəllər banklara depozit kimi qoyulan məbləğlər pul yığım vasitəsi kimi çıxış edirdi. İndi isə daha çox daşınmaz əmlaka investisiya qoyulması çox böyük gəlir əldə etməyə imkan verir. Eləcə də manatın alıcı qabiliyyətindəki dəyişikliklər daşınmaz əmlak qiymətinin artımına səbəb olur və bu proses artıq dönməz xarakter alıb. Banklar illik olaraq  depozit şəklində vətəndaşlara 11 faiz, uzağı 12 faiz məbləğində depozit gəlirləri təklif edir. İllik olaraq, vətəndaş bir mənzili alırsa, təmirsiz mənzili olsa belə, növbəti ildə onun qiyməti beş faiz civarında artıma məruz qalır. Bu da təbii ki, vətəndaş da belə bir qənaət formalaşdırır ki, öz investisiyasını məhz daşınmaz əmlaka yönəltsin və daha çox böyük gəlirlər əldə etsin və  eyni zamanda da daha az risklə bu gəlirləri əldə etmək imkanı olsun. Banklarda risklərin sığortalanması tam məbləğ şəklində olmur, müəyyən məbləğə qədərdir və devalvasiya,  eləcə də digər faktorlar çox böyük risklər doğurur. Amma  daşınmaz əmlaka yatırılmış investisiya belə risklərdən azaddır, az risklidir və bu baxımdan vətəndaşları daha çox cəlb edir. Eyni zamanda, Rusiya ilə Ukrayna arasında müharibə nəticəsində Azərbaycana çox böyük axın oldu. Soydaşlarımız  təbii ki, yerli bazarı araşdıranda ən stabil, ən az riskli istiqamət kimi daşınmaz əmlak sektorunu görürlər və investisiyaların bu sektora yönəldilər. 

– 2040-cı ilə qədər Bakı şəhərinin baş planında nəzərdə tutulan dəyişikliklər hansı ərazilərə daha çox təsir edəcək? Bu dəyişikliklər qiymət dinamikasında necə öz əksini tapacaq?

– Bakının 2040-cı  ilə qədər baş planı mövcuddur. Həmin baş plana görə bir sıra ərazilərdə söküntü işləri aparılacaq. Həmin söküntü ərazilərində yaşayan şəxslər də bazarın iştirakçılarından birinə çevrilibdir və təbii ki, onlar bu söküntü işləri bazardakı tələbatı artırıb. Bu da qiymətə öz mühüm təsirini göstərən faktorlardan biridir.  Əmlak bazarında bu il biz torpaq sahələrinin təqribən yerindən asılı olaraq 30- 40 % bəzi yerlərdə 100% -ə qədər  bahalaşmasının şahidi olduq. Qeyri- yaşayış sahələri , mənzilləri və fərdi yaşayış evləri analoji olaraq 10- 17% bahalaşmağa məruz qaldılar və bu bahalaşma tendensiyası növbəti il üçün də davam edəcək. 

– Kirayə mənzil bazarında qiymətlərin artmasının əsas amilləri hansılardır? Xarici və yerli tələb bu bazarı necə formalaşdırır?

– Kirayə qiymətlərində bahalaşma həm beynəlxalq tədbirlərin ölkəmizdə daha çox keçirilməsi, həm də tələbə kontingentinin mövsümü olaraq yenidən Bakı şəhərində ev axtarması, pandemiya dövründə onlayn təhsildən indi birbaşa təhsilə keçidin birmənalı qəbul olunması və bütün bunlar  kirayə bazarında da mühüm dəyişikliklərə səbəb oldu. Eyni zamanda xarici şirkət və onların nümayəndələrinin ölkəmizə axını, o cümlədən Qarabağ bölgəsi də  kirayə mənzillərə tələbatın artmasına səbəb oldu. Bu da qiymətlərin yüksəlməsi ilə nəticələndi. Hazırda ən çox axtarılan bir otaqlı mənzillərdir ki, onlar sonradan iki otaqlı formasında planlaşdırırlar və bu mənzillər hətta bünövrədən satılan binalarda belə onları tapmaq çətinləşib. Bu da onlara olan tələbatın çox olmasından xəbər verir. 

– 2025-ci ildə əmlak bazarını nə gözləyir?  

– 2025-ci  ildə də hər hansı bir fors major hadisə baş verməzsə, əmlak bazarında artımın  şahidi olacayıq. Mənzillərin qiymətində və  digər əmlak növlərinin qiymətində  heç bir ucuzlaşma  proqnozlaşdırılmır əksinə, bahalaşma davam edəcək. Əgər bir zonada bahalaşma tam yüksək həyətdə baş veribsə, orada stabilliyi biz görəcəyik. Digər zonalarda, hansı ki, orada yeni tikinti işləri aparılır, orada bahalaşma tendensiyası daha güclü olacaq. Yəni bu xaotik bahalaşma tendensiyası davam edəcək. Mərkəz və mərkəzə yaxın yerlərdə bahalaşma tendensiyası kiçik dinamika ilə mərkəzdən uzaq  və  Bakının girişlərində 2040-cı ilin planına əsasən  qiymətlərdə böyük dinamika ilə baş verəcək və bütünlüklə hər iki dinamikanı biz nəzərə alsaq ortalama artım dinamikasının prioritet təşkil etdiyini qeyd etmək olar. 

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri