Icma.az
close
up
RU
Bakının tələbi İrəvanın əlini qolunu bağladı : Putin və Tramp arasında razılaşma

Bakının tələbi İrəvanın əlini qolunu bağladı : Putin və Tramp arasında razılaşma

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən həftə regional və qlobal təhlükəsizlik sahəsində tarixi əhəmiyyətə malik iki mühüm hadisə baş verdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatdığı açıqlandı və beləliklə sənədin yalnız imzalanması qaldı.

Həmçinin Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən görüş zamanı 30 günlük atəşkəs razılaşması əldə olundu. O cümlədən Rusiya müəyyən şərtlər qarşılığında bununla razılaşdı.

Globalinfo.az qeyd olunan mövzuları politoloq Elşad Mirbəşiroğlu ilə müzakirə edib.

– Azərbaycan və Ermənistan sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. İrəvan hökuməti Bakı ilə sazişin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib. Lakin Ermənistan konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiaları yer almaqdadır. Bu baxımdan İrəvanın yenidən qeyri-konstruktiv mövqeyə qayıtması istisna olunmur. Ermənistanın revanşizm hərəkətləri riskinin qarşısı necə alına bilər?

– Bəli, 17 bənddən ibarət sülh müqaviləsinin mətni üzrə tərəflər arasında iş başa çatıb. Bildiyiniz kimi, iki bənd mübahisəli idi. Birincisi, beynəlxalq hüquqi instansiyalarda tərəflərin iddia qaldırmaması, ikincisi isə sərhədboyunca üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi məsələsi idi. Hesab edirəm ki, sülh müqaviləsinin nə zaman və harada imzalanması hələ uzun müddət müzakirə predmeti olaraq qalacaq.

Azərbaycanın çox prinsipial və haqlı şərtləri var. Ermənistan konstitusiyasının 1-ci maddəsində 1990-cı ilin avqustunda qəbul edilmiş Müstəqillik bəyannaməsinə istinad edilir və orada açıq-aşkar Azərbaycanın Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi məsələsi ifadə olunub. Ermənistan konstitusiyasının 116-cı maddəsində göstərilir ki, imzalanan beynəlxalq sənədlər konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. Biz konstitusiyada dəyişiklik olunmasını ona görə tələb edirik ki, İrəvan gələcəkdə Bakıya qarşı revanş həvəsinə düşməsin. Əks halda, Azərbaycan imzasına hörmət etməyən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistanı cəzalandırmağın yolunu çox yaxşı bilir.

Bu gün biz görürük ki, Ermənistan hələlik konstitusiyasında dəyişiklik etmək niyyətində deyil. Baş nazir Nikol Paşinyanın da artıq nüfuzu kifayət qədər aşağı düşüb. 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Ermənistan parlamentli respublika olduğu üçün Paşinyanın siyasi taleyi bu seçkilərdən asılıdır. Düşünürəm ki, baş nazir sözügedən seçkilərə qədər konstitusiyada heç bir dəyişiklik etmək niyyətində olmayacaq. Bu gün o, özünü sülh tərəfdarı kimi göstərir, elə təsəvvür yaratmaq istəyir ki, guya Ermənistan sülh arzulayır, Azərbaycan isə yox. Əksinə, Bakı əsl sülh tərəfdarıdır və uzunmüddətli, etibarlı sülh istəyir. Bu səbəbdən İrəvanın qarşısında çox ədalətli tələblər qoyub. ATƏT-in  Minsk qrupunun fəaliyyətinin dayandırılması da münaqişə amilinin artıq tam ortadan qalxdığına dəlalət edəcək. Ermənistan isə bildirib ki, ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətində maraqlıdır. Bütün bunlar Ermənistanın gələcəkdə münbit şərait yaranacağı təqdirdə revanş etmək, itirmiş olduğu mövqeləri qaytarmaq, işğalçılıq və təcavüz siyasətini həyata keçirmək niyyətində olduğunu göstərir. Azərbaycan tərəfi bunu çox aydın görür, dərk edir və bizim tələblərimiz preventiv olaraq revanş hərəkətlərin qarşısını alır.


Elşad Mirbəşiroğlu

– Elşad bəy, məlumdur ki, ABŞ bir müddət öncə Ukrayna ordusuna hərbi yardımı dayandıraraq kəşfiyyat məlumatlarının ötürülməsini də məhdudlaşdırmışdı. Nəticədə Rusiya Kursk vilayətində hərbi üstünlük qazandı. Bu da Moskvanın indi danışıqlarda daha güclü mövqedən çıxış etməsinə şərait yaratmış oldu. ABŞ Prezidenti Donald Trampın “bir sözü ilə” Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin atəşkəsə razılıq veriblər. ABŞ bu regionda sülh əldə edib, Ukraynanın mineral ehtiyatlarına sahib olmaq və Rusiya ilə yaxınlaşmaq, nəticədə Çinə qarşı sərbəst hərəkət edə bilmək imkanı qazanır. Kiyev və Moskva arasında sülhə nail olmaq üçün hansı şərtlər formalaşmalıdır? Vaşinqtonun bundan sonra müharibənin nəticələrinə təsiri hansı formada olacaq? Hadisələrin sonrakı gedişatını necə proqnozlaşdırırsınız?

– Ukrayna, münaqişə tərəfindən daha çox Qərblə Rusiya arasında plasdarm rolunda çıxış edib. Bunun da böyük zərərini Ukrayna dövləti və xalqı gördü. Hadisələrin belə cərəyan edəcəyi gözlənilən idi. Tramp çox aydın dərk edirdi ki, bu müharibə çox uzanarsa, acı nəticələri olacaq. Hətta nüvə silahının hər hansı bir formada və səviyyədə tətbiqi ətrafında da müzakirələr gedirdi. Bu da bütövlükdə qlobal təhlükəsizlik üçün çox ciddi təhdidlər yaradırdı. Qərb Kiyevi sonsuzadək silahlandıra bilməyəcəkdi və nə qədər dəstəkləsə də, Ukrayna Rusiya üzərində heç bir üstünlük əldə edə bilmədi. Tramp vurğulayır ki, ABŞ Avropadan xeyli artıq, yəni 350 milyard dollar həcmində Ukraynaya yardım göstərib və qarşılığı olaraq onun 500 milyard dollar civarında faydalı qazıntılarını tələb edir. Sözsüz ki, Ukrayna tərəfi buna razılaşmalı olacaq.

Zelenskinin hakimiyyətə gətirilməsində ABŞ çox yaxından iştirak edib. Avropa İttifaqına üzv ölkələr də ABŞ-ın iradəsini qəbul etmək məcburiyyətində qalacaqlar. Böyük Britaniyanın Baş naziri Kir Starmer də Vaşinqtonun Avropanın təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynadığını vurğulayıb. Hesab edirəm ki, hadisələrin gedişatı Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunmasını şərtləndirə bilər. Vaşinqton və Moskva rəsmiləri arasında qurulan təmaslar və aparılan danışıqlar göstərir ki, proseslərdə dinamizm var. Amma bununla yanaşı qeyri-müəyyənlik də mövcuddur. Əsas məsələ imzalanacaq sülh sazişinin nə dərəcədə etibarlı və uzunmüddətli olacağıdır? Rusiyanın şərtləri sırasına Ukraynanın silahlı qüvvələrinin miqyası və digər ölkələrin silahlı qüvvələrinin buraya yerləşdirilməməsi və s. daxildir. Fransa, Böyük Britaniya, Almaniya və Ukraynada ayrıca sülhməramlı kontingent formalaşdırmaq istəyirlər. Bildiyimiz kimi, Rusiya tərəfi Zelenskini legitim dövlət başçısı da hesab etmir. Görünür, bu da müzakirə məsələsi ola bilər. ABŞ tərəflər arasında ortaq nöqtənin tapılmasında maraqlı olduğunu nümayiş etdirməkdədir. Hesab edirəm ki, indiki şəraitdə atəşkəs rejiminin əldə olunması hər kəsin maraqlarına cavab verir. Sonrakı mərhələdə isə digər müzakirə predmetlərindən çıxış edərək addımlar atıla bilər.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see301

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see201

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see186

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see159

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see143

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see142

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see140

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see139

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see138

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see137

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see137

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see136

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see135

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see132

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see130

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see130

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see129

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see125

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see121

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri