Icma.az
close
up
RU
“Bakının tıxaclarını dəniz nəqliyyatı azalda bilər” CAHİD HƏSƏNOV

“Bakının tıxaclarını dəniz nəqliyyatı azalda bilər” CAHİD HƏSƏNOV

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Tıxacların qarşısını almaq üçün dəniz nəqliyyatı effektiv alternativ ola bilər, lakin bu layihə üçün vəsait kifayət qədər baha başa gəlir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov deyib:

“Şıxovdan başlayan marşrut boyunca bütün region maşınları üçün alternativ bir yol — dənizin içindən Bakı şəhərinin mərkəzi ərazilərinə çıxan bir xətt — nəzərdə tutula bilər. Bakının 3-4 milyon əhalisinin təxminən 30-40%-i şəhərdən kənarda yaşayır və bu hissənin yükünü azaltmaq üçün Bibiheybət tərəfdən dəniz yolu ilə nəqliyyat vasitələri Azneft, İçərişəhər, Beşmərtəbə, Dəmir yolu Vağzalı və Əhmədli istiqamətinə yönəldilə bilər. Beləliklə, Bayraq Meydanından şəhər içindən keçmək ehtiyacı aradan qalxar”.

Onun sözlərinə görə, bu müşahidələrə əsaslanan bir haldır və xüsusi araşdırmaya ehtiyac yoxdur:

“Ən azından alternativ bir yol və ya nəqliyyat xəttinin olması faydalı olar. Məsələn, bərələr və yük gəmiləri dəniz yolu ilə 15-20 km qısaldılmış marşrutla mərkəzə çıxaraq sürücülər və sərnişinlər üçün rahatlıq təmin edə bilər. Bu sistem şəhərdə yükü təxminən 30-35% azalda bilər.

Ümumiyyətlə, Bayraq Meydanı və 20 Yanvar istiqamətindən şəhərə, Bakı kəndlərinə gedən yollar mövcud yükü idarə edə bilmir. Alternativ yol mütləqdir. Dəniz nəqliyyatı Bayraq Meydanı istiqamətində yükü azalda bilər, lakin 20 Yanvardan gələn yükə təsiri olmayacaq.

Yeraltı yol xətti də çox faydalı olar. Tam maneəsiz və sürətli bir yol, 20 Yanvardan Bakı kəndlərinə gedən nəqliyyat vasitələrinin şəhərin mərkəzindən keçmədən rahat hərəkət etməsini təmin edə bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri