Icma.az
close
up
RU
Dəniz nəqliyyatı Bakınının tıxaclarını azalda bilərmi? DEPUTAT AÇIQLADI

Dəniz nəqliyyatı Bakınının tıxaclarını azalda bilərmi? DEPUTAT AÇIQLADI

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda nəqliyyat sıxlığı son illər ən ciddi problemlərdən birinə çevrilib. Artan avtomobil sayı, məhdud yol infrastrukturu və şəhərin coğrafi yerləşməsi bu vəziyyəti daha da çətinləşdirir.

Mövcud tədbirlər müəyyən qədər yüngüllük yaratsa da, problemin tam həlli üçün alternativ nəqliyyat növlərinə ehtiyac var.

Ekspertlər hesab edir ki, bu baxımdan, dəniz nəqliyyatı ən real və perspektivli çıxış yollarından biri hesab olunur. Bəs, hökumət bu sahədə nə qədər tez və effektiv addımlar ata bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, şəhərdəki tıxacıların qarşısını almaq üçün dəniz nəqliyyatından istifadə olunması zəruridir:

“Bu məsələ hələ 1990-cı illərdən gündəmdə olub və müxtəlif layihələr hazırlanıb, lakin onların həyata keçirilməsi dayanıb. Məsələn, Şıxovdan Əhmədliyə qədər dəniz yolu salmaq planlaşdırılmışdı. Layihə çox baha başa gəlirdi.

Hazırda Xəzər dənizindən kiçik gəmilər, motorlu qayıqlar vasitəsilə sərnişin daşınmasını təşkil etmək mümkündür. Bu sistem həm rayonlara, həm də Bakıya xidmət göstərə, şəhərin cənub hissəsini və yarımadadakı digər əraziləri əhatə edə bilər.

Bakı yarımadadır və şəhərə yalnız iki əsas giriş – şimal və cənubdan – mövcuddur, digər girişlər isə dəniz vasitəsilədir. Bu səbəbdən şəhər nəqliyyatı tez-tez iflic vəziyyətinə düşür”.

Deputat qeyd edib ki, dənizin yaratdığı imkanlardan istifadə edərək həm şərq, həm qərbdən şəhərə girişlər təşkil etmək vacibdir:

“Cənab Prezidentin iştirakı ilə keçirilmiş müşavirədə nəqliyyat problemləri müzakirə olunub, lakin dəniz nəqliyyatına ciddi yer verilməyib.

Mənə elə gəlir ki, dəniz layihələrinə dəyişikliklər edilə bilər və bunun üçün tələb olunan vəsait ayrıla bilər. Maşınların sayı artsa da, infrastruktur layihələri tələbatı tam ödəyə bilməyəcək.

Buna görə də dəniz nəqliyyatı çox vacibdir və hökumət tez bir zamanda bu sahədə işlər aparmalıdır”.

Firuzə Mahmudova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see183

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri