Icma.az
close
up
RU
“ADRA nın fəalliyyəti monopoliyaya və işsizliyə səbəb olub” CAHİD HƏSƏNOV

“ADRA nın fəalliyyəti monopoliyaya və işsizliyə səbəb olub” CAHİD HƏSƏNOV

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün “Sədərək” Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb. 

Məlumata görə, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan tanınmış memar Cahid Həsənov bildirib ki, Azərbaycan Dövlət Reklam Agentliyi 2016-cı ildə yaradıldıqdan sonra, Azərbaycanda reklam sahəsində 30 il, hətta Sovet dövründə 50 il iş təcrübəsi olan mütəxəssislərin heç bir təklifi nəzərə alınmayıb:

“”Ciddi qanun”” adı altında açıq məkanın inkişafına yönəlməsi gözlənilən bu təşəbbüs, təəssüf ki, tamamilə tənəzzülə uğradı. Hətta bu vəziyyət regionlarda da özünü göstərir. Yararsız hesab edilən reklamlar ləğv olunur, müqavilə müddəti tamamlanan obyektlər bağlanır. Halbuki bəzi reklam lövhələri 20-30 il ərzində fəaliyyət göstərib və onların idarə olunmasında 10-15 işçi aylıq məvacib alırdı.

Bu cür qərarlar nəticəsində yüzlərlə reklam şirkəti iflic vəziyyətinə düşür. Açıq məkan reklamlarının məhdudlaşdırılması nəticəsində 8 000-dən çox insan işsiz qalıb. Bunlar arasında memarlar, dizaynerlər, qaynaqçılar, fəhlələr, sürücülər, binicilər, proqramçılar və çap avadanlığı ilə işləyən şəxslər var.

Məqsəd isə aydındır: mövcud sahələri bazardan çıxarıb, onları bir neçə şirkətin monopoliyasına yönəltməkdir.
Bu vəziyyət açıq məkan reklam işində monopoliyanın ən bariz nümunəsi kimi görünür”.

Cahid Həsənov vurğulayıb ki, ADRA rəhbərliyinə dəfələrlə yeni layihələr üçün müraciət etsə də, aldığı cavablar qənaətbəxş olmayıb.

“Dəfələrlə müraciət etmişəm və təklif etmişəm ki, müəyyən konstruksiyalar quraşdırılsın və monitorinq edilsin. Lakin dörd dəfə cavab gəlib ki, təklif olunan konstruksiyanın forması standartlara uyğun deyil.

Axı niyə uyğun gəlmir? Sizin standartlar nədir, hansı stil nəzərdə tutulub? İki metr hündürlüyündə reklam konstruksiyasının hansı standartlara cavab verməli olduğunu, rəngini, materialını — dəmir, taxta, meşə materialı, beton və s. — bizə göstərsələr, biz onu quraşdırarıq. Amma cavab vermirlər. Sonra isə həmin sahə gedib, özləri monopoliyaya yönəltdikləri şirkətə verilir. Bu, dəhşətli bir haldır. Mən, bu reklam qanununu yazan şəxs olaraq, hələ də standartların nə olduğunu bilmirəm.

Azərbaycan memarları, mühəndisləri və şəhər tərtibatı ilə məşğul olan mütəxəssislər 20–30 ildə, hətta Sovet dövründə 40 mərtəbəli binaların konstruksiyalarına reklamları yerləşdiriblər. Lakin indi bu peşəkarlar iki metr hündürlüyündə reklamın formasını və qaydalarını müəyyən edə bilmirlər, standartları təqdim etmirlər. Nəticədə, həmin sahələr monopoliyaya verilən şirkətlər tərəfindən ələ keçirilir, ideyalar oğurlanır və satılır. Son 10 ildə regionlarda 8–10 min iş yeri açılıb, lakin eyni zamanda bağlanıb və bunun əsas səbəbi ADRAN-ın apardığı yarıtmaz siyasətdir”.

O, qeyd edib ki, belə yanaşma ilə iqtisadiyyat inkişaf edə bilməz, açıq məkan reklamı irəliləyə bilməz və şəhərin estetik tərtibatı pozulur.

“Qərarlar “kəs, doğra, at” prinsipi ilə qəbul olunur, amma istədikləri şəxslərə üstünlük verilir və pasportlar yalnız onlara təqdim olunur.

Bakıdan əlavə, regionlarda fəaliyyət göstərən milli reklam şirkətlərimiz niyə iflic vəziyyətə düşdü, zəifləyib işçiləri dağıldı? Məqsəd nədir? Azərbaycan reklam sektorunun dili bu gün tamamilə çətin vəziyyətdədir. Sosial reklam yoxdur və bu işlərə nəzarət edilməlidir. Lakin aidiyyatı qurumlar buna nəzarət etmir.

20 illik müqaviləsi olan yerləri sökdürürlər, amma həmin sahələri heç kimə vermirlər. Monopoliya hökm sürür. Şirkətlər öz monitorinq sistemlərində qalmağa məcbur edilir, öz sahələrinə yönəldilir.

Bu vəziyyət nəticəsində 10 min nəfər işsiz qalır, peşəkarlar dağılıb getmək məcburiyyətində qalır, amma eyni zamanda, monopoliyalar qurulur.

Aidiyyatı qurumlar bu vəziyyətə ciddi nəzarət etməlidir. Ümumiyyətlə, bu qurumun fəaliyyəti lazımsızdır; o, yalnız bir tənzimləyici qurum kimi fəaliyyət göstərməli, gedib müvafiq yerlərin istifadə haqlarını təmin etməlidir. İndi isə ciddi və effektiv idarəçilik yoxdur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri