Icma.az
close
up
RU
Bakıya ilk avtomobili o gətirib TARİXİ FOTO

Bakıya ilk avtomobili o gətirib TARİXİ FOTO

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakının neft milyonçularından olan böyük xeyriyyəçi İsa bəy Hacinskinin ictimai-siyasi fəaliyyətindən bəhs edən monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Kitabın müəllifi Hacinskinin nəticəsi dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadədir. 

Monoqrafiya İsa bəy Hacınskinin həyat və hərtərəfli fəaliyyətinə həsr olunur. Həmin tədqiqat işində ilk dəfə arxiv sənədlərinə əsaslanaraq İsa bəyin öz xalqı üçün etdiyi çoxsaylı xeyirhaq əməlləri işıqlandırılır. Burada, ilk dəfə olaraq İsə bəy Hacınskinin Bakının XIX əsrin sonları XX əsrin əvvələrində ictimai-siyasi həyatında bir dövlət xadimi, maarifçi və mesenat kimi mühüm rol oynadığı bir daha açıqlanır.

Kitabda yer alan məlumatlara görə, XX əsrin əvvəllərində İsa bəy Hacinski təkcə iri neft kapitalına sahib iş adamı deyil, həm də dövrün yeniliklərini Bakıya gətirən şəxs olub. Əldə olunan arxiv sənədləri onun 1905–1906-cı illərdə Rusiyanın iri səhmdar cəmiyyətlərindən milyon rubl dəyərində pay alaraq Çələkan (indiki Çələken yarımadası, Türkmənistan) neft yataqlarının əsas sahiblərindən birinə çevrildiyini göstərir.

Londonla sıx işgüzar əlaqələri olan Hacinski həmin səfərlərin birində 1904-cü ildə istehsal olunan “Rolls-Royce” markalı avtomobili şəxsi istifadəsi üçün alaraq Bakıya gətirib. Bu avtomobil şəhərə gətirilən ilk belə nəqliyyat vasitəsi hesab olunur və o dövrün sakinləri üçün son dərəcə qeyri-adi hadisə imiş.

Kitabda təqdim olunan tarixi fotoşəkildə İsa bəyin böyük oğlu Sadıq bəy sükan arxasında, kiçik oğlu isə arxa oturacaqda əyləşmiş halda görünür.

Nuridə İsmayılzadə kitabda həmçinin İsa bəy Hacinskinin Bakıya gətirdiyi digər yeniliklərdən - şəhərdə ilk şəxsi kinokamera və kino çəkiliş avadanlığının məhz onun tərəfindən alınmasından da bəhs edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri