Icma.az
close
up
RU
Bakıya sürücüsüz avtomobillər gətiriləcək

Bakıya sürücüsüz avtomobillər gətiriləcək

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeniliyə yol-infrastruktur və hüquqi tənzimləmə hazırlığı

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyasında müzakirə edilən əsas aktual məsələlərdən biri də sürücüsüz, yəni avtonom idarəetmə sistemli nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi və şəhər infrastrukturuna inteqrasiyası idi. Bu qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqini hüquqi cəhətdən tənzimləmək və sahə üzrə mövcud qanunvericilik boşluqlarını aradan qaldırmaq məqsədilə hazırda Milli Məclisdə yeni qanun layihəsi müzakirə edilir.

Bu maşınlar mənzil başına çatmaq üçün nə sürücünün diqqətinə, nə də onun fiziki müdaxiləsinə ehtiyac duymurlar. Təyinat nöqtəsi daxil edildikdən sonra avtomobil yolu özü tapır, sürəti tənzimləyir və təhlükəsiz şəkildə hərəkət edir. Bu mexanizmin iş prinsipi şərti olaraq 3 əsas ardıcıl mərhələyə bölünür.

Prosesin ilkin mərhələsi ətraf mühitdən gələn vizual və fiziki məlumatların qəbuludur. Bu məqsədlə nəqliyyat vasitəsinin üzərində yüksək dəqiqlikli optik kameralar, radar sistemləri və lazer şüaları vasitəsilə məsafəni ölçən xüsusi cihazlar quraşdırılır. Onlar yol nişanlarını, hərəkət zolaqlarını, işıqforları, piyadaları və digər maşınları real vaxt rejimində təsbit edərək ətraf mühitin rəqəmsal xəritəsini formalaşdırır.

Növbəti mərhələdə toplanmış məlumatlar avtomobilin mərkəzi idarəetmə blokunda, yəni onun daxili kompüterində emal edilir. Bu mərhələni sistemin "düşünmə" və ya analiz prosesi kimi xarakterizə etmək olar. İlk addımda cihazların ötürdüyü quru rəqəmlər və görüntülər mərkəzi sistemdə birləşdirilir.

Yüksək dəqiqlikli kameralar ətrafın təsvirini, rənglərini və formalarını qeydə alır. Məsələn, kamera yolun kənarında bir insanın dayandığını və ya hərəkət etdiyini vizual olaraq görür, onun geyimini, yol nişanının üzərindəki yazını seçir. Lakin kamera həmin insanın maşından tam olaraq neçə metr uzaqlıqda olduğunu və hansı sürətlə hərəkət etdiyini santimetr dəqiqliyi ilə ölçməkdə çətinlik çəkir.

Burada işə radar sistemi qarışır. Radar ətrafa xüsusi dalğalar göndərir və bu dalğalar obyektə “toxunub” geri qayıdır və həmin obyektin avtomobilə olan dəqiq məsafəsini və onun hərəkət sürətini hesablayır. Lakin radar da qarşıdakı obyektin canlı və ya cansız olduğunu ayırd edə bilmir.

Avtomobilin mərkəzi kompüter sistemi bu 2 fərqli mənbədən gələn məlumatı eyni anda emal edir. Kameralardan gələn vizual fotoşəkillə radardan gələn dəqiq məsafə ölçüsü üst-üstə qoyulur. Nəticədə, sistem rəqəmləri və görüntüləri birləşdirərək tam və dəqiq hökm çıxarır: “Avtomobildən 15 metr irəlidə, saatda 5 kilometr sürətlə yola doğru addımlayan piyada var”.

Kompüter üçün “görmək”, “birləşdirmək” və “qərar vermək” prosesi insan fəaliyyətindəki kimi zaman tələb edən mərhələlər deyil, sadəcə mikroprosessorun daxilindəki elektrik siqnallarının anlıq yerdəyişməsidir. Məhz bu riyazi və texniki təminat sayəsində maşın yoldakı qəfil dəyişikliklərə insanın fiziki imkanlarından daha çevik reaksiya vermək qabiliyyəti nümayiş etdirir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin əsas mahiyyəti avtonom nəqliyyat vasitələrinin dövriyyəyə buraxılması üçün hüquqi bazanın formalaşdırılmasıdır:

– Qanun layihəsi məhz bu istiqamətdə ümumi prinsipləri müəyyənləşdirir və sonrakı mərhələdə bu sahəni tənzimləyəcək daha detallı qaydaların hazırlanmasını nəzərdə tutur. Xüsusilə inkişaf etmiş ölkələrdə bu sahə artıq strateji və gəlirli istiqamət kimi formalaşıb. Özəl sektor nümayəndələri bu texnologiyalara ciddi investisiyalar yönəldir, çünki gələcək perspektivlər baxımından yüksək iqtisadi potensial mövcuddur.

Qanunvericilikdə aparılan dəyişikliklər yalnız avtonom nəqliyyat vasitələrinin istifadəyə verilməsini deyil, eyni zamanda, onların ciddi nəzarət mexanizmləri ilə tənzimlənməsini də təmin edəcək. Milli Məclisdə müzakirə olunan yeni qanun layihəsi bu sahədə mövcud boşluqları aradan qaldırmağı və qabaqcıl texnologiyaların ölkə daxilində hüquqi baxımdan tətbiqini təmin etməyi hədəfləyir.

Layihəyə əsasən, qanunvericiliyə “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.

Eyni zamanda, bu qaydalar yalnız avtomobillərə deyil, həm də qatar, metro, tramvay, gəmi, təyyarə və mülki pilotsuz uçuş aparatlarına (dronlara) şamil olunacaq.

Yollarda hərəkət edən avtonom nəqliyyat vasitələrinin tanınması üçün xüsusi nişanların tətbiqi də planlaşdırılır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, tətbiq ilkin mərhələdə lokal ərazilərlə məhdudlaşdırılacaq:

– Bu, şəhərin müəyyən bir hissəsi və ya ayrıca seçilmiş bir zona ola bilər. Dünya təcrübəsində də məhz bu yanaşma tətbiq edilir.

Burada ən vacib məqamlardan biri odur ki, avtomobil nəqliyyatı digər nəqliyyat növlərinə nisbətən daha mürəkkəb mühitdə fəaliyyət göstərir. Məsələn, dəmir yolu və dəniz nəqliyyatında trayektoriyalar daha sabit və əvvəlcədən müəyyən olunduğu üçün idarəetmə nisbətən daha asandır. Avtonom sistemlər də ilk olaraq məhz belə daha sadə və nəzarət olunan mühitlərdə tətbiq edilir.

Hazırda bir çox ölkədə metro sistemlərində sürücüsüz qatarlar artıq istifadə olunur. Lakin “avtonom” anlayışı tam müstəqil sistem demək deyil. Əksinə, bu sistemlərdə insan nəzarəti mövcuddur və zərurət yarandıqda operator dərhal müdaxilə edə bilir. Yəni burada insan və texnologiya paralel şəkildə idarəetməni həyata keçirir.

Yol hərəkətinin təhlükəsizliyinə təsiri məsələsi isə hələ tam aydın deyil. Bəzi ölkələrin təcrübəsi göstərir ki, müəyyən hallarda sıxlıq yarana, digər sürücülər üçün çətinliklər meydana çıxa bilər. Digər tərəfdən isə təhlükəsizliyin artması ilə bağlı müsbət nəticələr də müşahidə olunur.

Bu sahə hələ tam formalaşmadığı üçün qəti nəticə çıxarmaq tezdir. Həm müsbət, həm də mənfi istiqamətdə risklər mövcuddur və proses davamlı şəkildə sınaqdan keçirilir.

Əsas problem ondan ibarətdir ki, mövcud avtomobil parkını qısa müddətdə tamamilə avtonom sistemlərlə əvəz etmək mümkün deyil. Bu, böyük maliyyə və uzun zaman tələb edir. Buna görə də bir müddət həm ənənəvi, həm də yeni sistemlər paralel şəkildə fəaliyyət göstərəcək. Bu balans düzgün qurulmadığı halda müxtəlif problemlər yarana bilər.

Ümumilikdə isə bu sahədə görüləcək işlər çoxdur və proses hələ ilkin mərhələdədir. Hazırkı vəziyyətdə onun geniş tətbiqi üçün şərait tam formalaşmayıb.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2026 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri