“Baku Steel Company” şəhid övladını işdən çıxardı
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
2023-cü ildə “Baku Steel Company”də işləyən Tural İbrahimovu şirkət 3 ay sonra, aprel ayında əsassız yerə işdən azad edib.
Axar.az Tribunainfo.az-a istinadla xəbər verir ki, bunu şəhid övladı Tural İbrahimovun özü bildirib.
Onun sözlərinə görə, şirkət işdən çıxarılması ilə bağlı heç bir açıqlama verməyib:
“Mənə, “nə olsun ki, atan şəhiddir”, - dedilər. Sonra da ərizə yazdıraraq, "öz xoşumla" işdən azad etdilər”.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü Tural İbrahimov Laçın şəhərində anadan olub. Atası, baş leytenant Zakir İbrahimov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.
2023-cü ildən bəri işsiz qalan Tural İbrahimov 6 aylıq körpənin atasıdır. Sosial Müdafiə Fondu da onu işsizdir deyə, sosial müavinətdən məhrum edib. O bildirib ki, intihar həddində olsa da, körpəsinə görə səbir edir.
Bildirək ki, Tural İbrahimov 650 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Və biznesin idarə edilməsi (MBA) üzrə magistr təhsili alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















