Baku TV nin istehsalı olan Ocaqov dünyası sənədli filmi Qızıl Pəri 2025 mükafatını qazandı
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın aparıcı media qurumlarından biri olan Baku TV-nin istehsalı olan "Ocaqov dünyası" sənədli filmi ölkəmizin ən nüfuzlu audiovizual mükafatlarından biri olan "Qızıl Pəri 2025" Kino Mükafatına layiq görülüb.
Ekran əsəri rejissor İman Məcidov tərəfindən ərsəyə gətirilib. "Qızıl Pəri 2025" Kino Mükafatının qalibləri 28 dekabr tarixində keçirilən rəsmi təqdimat mərasimində elan olunub və mərasim çərçivəsində "Ocaqov dünyası" filmi "Kino haqqında kino" nominasiyasında qalib seçilib.
Qeyd edək ki, "Qızıl Pəri" Peşə Mükafatı Azərbaycan Kino Akademiyası, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Aktyorlar Gildiyası və Azərbaycan Prodüserlər Gildiyası-nın dəstəyi ilə təşkil olunur.
Bu mükafat Azərbaycan kino və televiziya sənayesində yaradıcı peşəkarlığın ən yüksək göstəricilərindən biri hesab edilir.
Bu il müsabiqəyə ümumilikdə 420 film təqdim olunmuşdu. Peşəkar münsiflər heyətinin qərarı ilə "Ocaqov dünyası" filminin qalib seçilməsi Baku TV-nin sənədli kino sahəsində ardıcıl, sistemli və peşəkar fəaliyyətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.
Baku TV milli kino irsinin qorunması, sənədli film istehsalının inkişafı və cəmiyyət üçün əhəmiyyətli mövzuların yüksək peşəkarlıqla təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















