Baku TV nin Söz filmi beynəlxalq mükafatlar qazandı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baku TV-nin istehsalı olan "Söz" qısametrajlı sənədli filmi kanalın "YouTube" hesabında yayımlanıb.
Film 44 günlük Vətən müharibəsinə həsr olunub və Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsini əks etdirir.
Qeyd edək ki, ekran əsəri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə rus və ingilis dillərində də təqdim olunur.
"Söz" sənədli filmi beynəlxalq uğurlar da qazanıb. Belə ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin qatıldığı "Accolade Global Film Competition" müsabiqəsində mükafata layiq görülüb. Film həmçinin "Roma Prisma Film Awards" yarışmasının da finalçısı olub.
Baku TV-nin "Söz" filmi beynəlxalq mükafatlar qazandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 İyul 2025 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















