BakuBus da 800 sürücüyə ehtiyac var
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"BakuBus" MMC-də 800 sürücünün işə götürülməsi lazımdır.
Bunu "AZCON Holding"in icraçı direktoru Şahin Babayev "Peşə Təhsili Forumu 2026"da deyib.
O bildirib ki, cari vəziyyətdə nəqliyyat istiqamətində "BakuBus"da hazırda 3700 sürücü var:
"Prezidentin tapşırığına uyğun olaraq, "BakuBus"ın fəaliyyət istiqaməti günü-gündən genişlənir, digər bölgələrdə də depolar və sair tikilir, infrastruktur genişlənir və ən azından növbəti qısa müddət üçün bizə 800 sürücünün də işə götürülməsinə ehtiyac var. Bu kateqoriyada olan insanların da tapılması üçün bu peşənin bizim üçün xüsusi əhəmiyyəti var və insanların gündəlik təhlükəsizliyini nəzərə alaraq xüsusi əhəmiyyəti var".
Ş.Babayev əlavə edib ki, bu, digər sahələrdə də eyni qaydada davam edir:
"Məsələn, aviasiya sahəsində "Azərbaycan Hava Yolları" QSC-nin təyyarə parkı ilbəil genişlənir və bizim əsas məqsədimiz yerli pilotların sayının artırılmasıdır".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Baxış sayı:84
Bu xəbər 18 Noyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















