Icma.az
close
up
RU
“BakuBus”da 100 milyonluq müəmma dövlətin pulları hara gedir? KONKRET

“BakuBus”da 100 milyonluq müəmma dövlətin pulları hara gedir? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“BakuBus” ötən 2025-ci ildə büdcədən 100 milyon manat dotasiya alıb”.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli rəsmi məlumata əsasən yazıb.

O qeyd edib ki, Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb:

“Qaraj tikintisi, avtobusların alınması – bunları anladım, 49 mln. 300 min manat bu işlərə xərclənib, yəni maddi texniki bazanın yaradılmasına ayrıca pul alırlar.

Sərnişindaşımaya görə 50 mln. 700 min manat dotasiya ödənilib. Rəsmi rəqəmlərə görə, “BakuBus” hər gün 557 min sərnişin daşıyır. Məsafədən asılı olaraq qiymətlər 0.60, 0.70, 0.80 manat və maksimum 1.30 manatdır, bir tək Hava Limanına 1 manat 50 qəpik ödəniş edilir.

Ortalama 65 qəpikdən götürsək, günə 362 min, aya 10 mln. 861 min, ilə 130 mln. manat dövriyyəsi olur. Yəni “BakuBus” öz dövriyyəsinin 40%-ə yaxınını büdcədən, yəni, bizim ödədiyimiz vergidən dotasiya alır”.

İqtisadçı bildirib ki, “BakuBus” MMC gün ərzində paytaxtın marşrut şəbəkəsinə orta hesabla 280-320 avtobus çıxarır:

“Ortalama 300 avtobus götürək, hər avtobus günə 1200 manat vəsait toplayır, deməli aya 36200 manat vəsait yığılır. Yaxşı, ayda 36200 manat yığan avtobus niyə ziyanla işləyir ki, hələ bir dotasiya da alırlar?!

Nədir xərcləri, nə qədər xərcləyirlər, hara xərcləyirlər – bununla bağlı “BakuBus”un hesabatı varmı? Sürücünün maaşı, yanacaq (ya elektrik), təmir və sair – bu xərclər ayda nə qədərdir ki, 36200 manat vəsait yığan bir avtobus öz xərclərini ödəyə bilmir?!”

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 İyun 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri