Icma.az
close
up
RU
Bal yarmarkasında sahibkarlardan alınan “analiz pulu” hara gedir?

Bal yarmarkasında sahibkarlardan alınan “analiz pulu” hara gedir?

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) (VÖEN – 1005379691) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, AQTİ bal yarmarkası ilə əlaqədar bal nümunələrinin yoxlanılması xidmətini həyata keçirəcək və qarşılığında “Aqrar Tədarük və Təchizat” ASC-dən 40 min manat alacaq.
Onu da bildirək ki, daha əvvəl Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanan məlumatda yarmarkaya müraciətin və bal analizlərinin ödənişli şəkildə həyata keçiriləcəyi qeyd olunub.
Açıqlanan məlumatlardan belə görünür ki, nazirlik bal analizlərinin ödənişli şəkildə həyata keçiriləcəyini bildirsə də, “Aqrar Tədarük və Təchizat” AQTİ-yə bal nümunələrinin yoxlanılması üçün 40 min manat ödəyib.
Maraqlıdır ki, bal nümunələrinin yoxlanılması üçün dövlət büdcəsindən 40 min vəsait ayrılıbsa, nazirlik hansı əsasla bal analizlərinin ödənişli şəkildə həyata keçiriləcəyi ilə bağlı açıqlama verib?
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a bildirildi ki, bal nümunələrinin analizi ilə bağlı xidmətləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirdiyi üçün suallar da həmin quruma ünvanlanmalıdır.
AQTA-nın mətbuat xidmətinə ünvanladığımız suallar isə cavabsız qaldı.
“Aqrar Tədarük və Təchizat” ASC-dən isə bildirilib ki, 18 oktyabr – 9 noyabr tarixlərində keçiriləcək 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasında 43 regiondan 280-dən çox fermer iştirak edəcək.
Yarmarkada ümumilikdə 100 tondan çox bal və 15-dən artıq müxtəlif növ arıçılıq məhsulu satışa çıxarılacaq. Satışa çıxarılan bütün məhsulların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz olunduğu da qeyd olunub.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri