Balabanı indidən sonra belə çalmaq lazımdır
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənib.
Bu barədə “Yeni Sabah”a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirlib ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir. Pepperoni pizza
Proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla təhsilin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.
Mərkəz tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon ixtisasları üzrə tədris proqramları hazırlanıb. Prosesin davamı olaraq xor, vokal və balaban sinifləri üçün tədris proqramları müasir tələblərə uyğunlaşdırılaraq yenilənib.
Mütəxəssislərin fikrincə, yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində tədris prosesinin səmərəliliyinin artırılması, təhsilin təşkili və mərhələli inkişafı, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 14 May 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















