Icma.az
close
up
RU
Balakəndə sərxoş kişi arvadına xəsarət yetirdi

Balakəndə sərxoş kişi arvadına xəsarət yetirdi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Balakən rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətə səbəb olub. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1981-ci il təvəllüdlü Xəlil Səlimov birgə yaşadıqları evdə olan döşəmə silmək üçün ağac ilə arvadı İlhaməni (ad-soyad şərtidir – red.) qəsdən vurub. 
Hadisəni törədən X. Səlimovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən X. Səlimov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2010-cu il tarixdə Balakən şəhər sakini İlhamə ilə evlənib, bu nikahdan 2 qızı və 1 oğlu olub: “Bədənimdə ağrılar olması səbəbindən uzun müddətdir spirtli içki qəbul etmişəm. Hər dəfə spirtli içki qəbul etdikdə evdə həyat yoldaşım İlhamə ilə aramızda sözlə mübahisə olub. Hadisə günü evdə spirtli içki qəbul etdim. Həmin gün həyat yoldaşım saat 22 radələrində evə gəldi. Ondan harada olduğunu və haradan gəldiyini soruşdum. İlhamə də qonşuluqda yaşayan nənəsi Elmiranın evinə getdiyini dedi. Bundan əsəbiləşərək onu söyüb təhqir etdim. İlhamə də səsimi qonşuların eşidəcəyini və etdiyim hərəkətin düz olmadığını dedi. Bundan daha da əsəbiləşdim. Bu zaman mübahisələrimiz daha da böyüdü. Spirtli içkinin təsiri altında olduğumdan özümü idarə edə bilmədim və həyətdə olan pol ağacını götürərək turbaya vurdum. Bu zaman pol ağacı qırılaraq İlhamənin üzünə dəydi. İlhamə zərbənin təsirindən müvazinətini itirdi və yola çıxdı.  Həmin vaxtı anam və 3 övladım evdə olsalar da Şevin ikinci mərtəbəsində olması səbəbindən mənim İlhaməyə etdiklərimi görmədilər”. 
Balakən Rayon Məhkəməsinin hökmü ilə X. Səlimov 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşayış yeri cəzaçəkmə müəddətində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməsi qadağan olunub. 
Bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Həmçinin onun Balakən rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Qeyd edək ki, X. Səlimov bundan əvvəldə mühakimə edilib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Rayon Məhkəməsinin 2020-ci il tarixli qərarı ilə 2 ay 24 gün müddət cəzadan vaxtından əvvəl şərti azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri