Icma.az
close
up
RU
Toyda sərxoş olan kişi arvadına xəsarət yetirdi

Toyda sərxoş olan kişi arvadına xəsarət yetirdi

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Sabirabad rayonunda 1990-cı il təvəllüdlü Həmid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 12 sentyabr 2024-cü ildə, gecə saat 1 radələrində Sabirabad rayonunun kənbdlərindən birində baş verib. 
Kənd sakini Həmid yaşadıqları evdə arvadı Aynurə ilə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən onun yumruq və təpiklə üz, sağ ayaq nahiyyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Həmidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sabirabad rayonunda dövlət qurumlarından birində işləyir. Onun ifadəsinə görə, Aynurə onun arvadıdır: “2015-ci ildə ailə həyatı qurmuşam, birgə nikahımızdan dörd övladımız olub. Münasibətlərimiz normal olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 11-də, təxminən saat 22 radələrində toy şənliyindən yaşadığı evə gəlib, toyda spirtli içki qəbul etdiyi üçün həmin vaxt sərxoş vəziyyətində olub: “Sonra sentyabrın 12-də, gecə saat 1 radələrində arvadım Aynurə ilə aramızda mübahisə yarandı. Bu zaman arvadımın üz nahiyəsinə şillə ilə vurdum. Sonra otaqdan çölə çıxan zaman arvadım mənə cavab qaytardığı üçün onun sol gözünün üstünə bir dəfə yumruqla zərbə endirdim, saçından tutaraq dartdım. Sonra otağa keçərək yatdım. Səhəri gün arvadımın barəmdə şikayət etdiyini öyrəndim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, bir daha bu cür hallara yol verməyəcəyini və ilk dəfə olaraq cinayət əməlini törətdiyini qeyd edib. 
Zərərçəkmiş qismində ifadə verən Aynurənin sözlərinə görə, 2015-ci ildə Həmid ilə ailə həyatı qurub, birgə nikahdan dörd övladı olub: “Münasibətlərimiz əvvəllər normal olub. Lakin sonradan Həmid mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün heç bir səbəb olmadan dəfələrlə məni döyüb, şiddət göstərib. Məlum hadisə günü, gecə saat 1 radələrində yaşadığım evdə olan zaman Həmid sərxoş halda heç bir səbəb olmadan mənimlə mübahisə etməyə başladi. Mən buna öz iradımı bildirsəm də, lakin Həmid ünvanıma nalayiq ifadələr işlətdi. Sonra yumruqla bir dəfə gözümün üstünə və təpiklə isə sağ ayağıma zərbə vurdu. Həmin vaxt yerə yıxıldım. Yerdə olan zaman Həmid təpiklə qarnıma və bədənimin müxtəlif nahiyyələrinə vurmağa başladı. Sonra Həmid yataq otağına keçərək uzandı. Bundan sonra mən Həmidin yatmasını gözlədim və evdən çıxaraq anam Züleyxanın evinə getdim. Anamın evində olan zaman bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim. Hazırda təqsirləndirilən şəxslə barışmamışam. Ona sərt cəza verilməsini istəyirəm”.
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həmid 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Hökmə əsasən, Həmidin üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Hökmün icrası təqsirləndirilən şəxsin qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri