Balakəndə yaş barama tədarükünə başlanılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Balakən, 3 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülər tərəfindən rayondakı qəbul məntəqəsinə 804 kiloqram yaş barama təhvil verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qurumdan bildirilib ki, builki mövsümdə rayonda barama yetişdirmək üçün 169 kümçü ilə müqavilə bağlanılıb, onlara 600 qutu ipəkqurdu paylanılıb.
Mövsümün ilk günündə Tülü kəndindən Vüqar Köklərov məntəqəyə 136 kiloqram, Püştətala kəndindən Vüsal Şabanov 83 kiloqram, Talalar kəndindən Afət Həsənova 74 kiloqram yaş barama təhvil veriblər. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” ASC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.
Baxış sayı:182
Bu xəbər 03 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















