Icma.az
close
up
RU
Balakənin kənd yolları ÇÖKÜR Minlərlə sakinin əziyyət çəkdiyi problem nə vaxt HƏLLİNİ tapacaq? FOTO

Balakənin kənd yolları ÇÖKÜR Minlərlə sakinin əziyyət çəkdiyi problem nə vaxt HƏLLİNİ tapacaq? FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Balakən ölkəmizin şimal-qərb qapısı olmaqla yanaşı mühüm strateji rayonlarından biridir. Rayon bərəkətli torpaqlara mailkdir və ilin bütün fəsilllərində müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirib bazarlara çıxarılması mümkündür. Bunun üçünsə yol infrasturukturunun istənilən tələblərə cavab verməsi başlıca şərtlərdən biridir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonda belə yol infrasturukturunun yenilənməsinə ehtiyac olan yaşayış məntəqələri az deyil. Məsələn,  Qullar-Gərəkli- Poşbinə- Mazımçay-Mahamalar- Qasbinə kənd arası yollar uzun illərdir bərbad vəziyyətdədir.

Bəs sözügedən yaşayış məntəqələrində yolların hazırkı vəziyyəti necədir və müvafiq quumlar bununla bağlı nə kimi layihələrin icrasını nəzərdə tutur?
Rayon ərazisində dövlət tabeli yolların uzunluğu 244 km-dir. Bunun 115 km-i, yəni 47.1 faizi asfaltlanıb. 129 km, yəni 53 faizi isə hələ də yol probleminin həllini gözləyir. Belə yaşayış məntəqələrindən biri Poşbinə kənd yollarıdır.
Sakinlər bildirir ki, son günlər havalar quraq keçdiyndən hərəkətdə elə də problem yoxdur. Lakin rayonda 10 yaşayış məntəqəsini birləşdirən 53 km- ə yaxın kəndarası yollar bərbad vəziyyətdədir. Əsasən yaz və payız aylarında yağış yağarkən daxili yollarda hərəkət etmək mümkün deyil. Bu kəndlər həm də rayonun aqrar sektorunda xüsusi çəkiyə malikdir. Bu səbəbdən kənd arası yolların tezliklə bərpaya ehtiyacı var.

Sahilə Eminova Poşbinə kəndində müəllim işləyir. Yevlax- Zaqatala- Gürcüstan magistralından Poşbinə kəndinə ayrılan 5 km-lik yolu o bəzən hər gün piyada gəlib-getmək məcburiyyətindədir:
“Bu yoları həftədə hər gün gəlib-gedirəm.Yəni bu yol əsas yola çıxır. Məktəbimiz burada yerləşir. Hər dəfə gəlib-gedəndə çətinlik çəkirik. Xahiş edirik qurumlardan yolları bərpa eləsinlər..Biz də işimizə rahat gəlib gedə bilək”.
Bu kəndlə yanaşı adıçəkilən digər yaşayış məntəqələrinin sakinləri də yolların bərpasını çox arzulayır. 
Ələddin Qocayev adlı sakin deyir ki, yollarımızı yağış yağandan sonra görsəniz hər şey sizə aydın olar. 
“Maşınlarımız sökülüb gedir. Çox bərbaddı, yollarımız düzəlsə yaxşı olar.Yağış -qar yağanda həqiqətən çox çətin olur”, -deyə sürücü Bəşir Orucov deyib.
Məsələyə 15 saylı Balakən yol istismar idarəsindən cavab gecikməyib. İdarədən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, uzunluğu 53 km olan Qullar-Gərəkli- Poşbinə- Mazımçay-Mahamalar- Qasbinə kəndlərində 32 min nəfərə yaxın sakin yaşayır. Layihə Dövlət investisiya proqramına daxil edilib və tikintisi istiqamətində müsbət nəticələr var. Belə ki, hazırda mütəxəssislər layihə-smeta işləri üzərində çalışır. Maliyyə vəsaiti ayrılan kimi işlərə başlanması nəzərdə tutulur. 







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri