Icma.az
close
up
RU
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir Problem nə vaxt həllini tapacaq? FOTO

Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir Problem nə vaxt həllini tapacaq? FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Katex yaşayış məntəqəsi Balakənin ən çox əhali məskunlaşdığı və bir neçə obanı birləşdirən qəsəbə tipli kəndlərdən biridir. Bu kənddə 12 minə yaxın əhali yaşayır. Yaşayış məntəqəsinin bir neçə iri obası var ki, bunlar da artıq böyüyərək kənd statusunu alıblar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Katexin Qaracalar obasının sakinləri ilin-günün bu zamanında, yəni qışın oğlan çağında içməli sudan əziyyət çəkir. Adətən bu yaşayış məntəqəsində əksər həyətlərdən təsərrüfat suyu axır. Lakin ondan istifadə etmək sağlamlıq baxımından təhlükəli hesab edilir. İlk növbədə ona görə ki, bu sular texniki baxımdan müəyyən standrtlara uyğun deyil.
 

Kənd sakinləri bildirir ki, həyətlərdən axan sulardan mal-qara, it-pişik, hər cür vasitələrə istifadə edilir. Bəzən insanlar o sudan maşın yuyur, bəzən də pal-paltar yuyanlara təsadüf edilir.



Həyətində kəhriz qazdıranlar içməli su problemini həll etsələr də, əksər sakinlər il boyu uzaqdan su gətirmək məcburiyyətində qalır. Məsələn, sakinlərdən öyrənirik ki, bir kəhrizin qazılması 5-7 min manata başa gəlir. Bəzi qonşular şəxsi sularından ətrafdakı insanlara da yeri gələndə istifadə üçün izn verir. Bəzən isə qonşular evdə olmayanda, ya günün elə dövrünə düşür ki, hər dəfə kəhrizi olanlara müraciət etmək müşkülə çevrilir. Nəticədə sakinlər uzaq məsafələrdən su daşımaq məcburiyyətində qalırlar.

Bizim.Media-ya danışan kənd sakini Səməd Çiçiyevin sözlərinə görə maşınla su almaq da sərfəli deyil. Bir maşın su yaz-yay aylarında 60-70 manata, kiçik çənlərdə isə 25-30 manata başa gəlir ki, buna da pul çatdırmaq kənd sakinləri üçün çətindir.

Sakinlərin qarşılaşdığı məsələ ilə əlaqədar kənd bələdiyyəsinə müraciət etdik. Bildirildi ki, oba sakinlərinin su problemi onlara da bəllidir. Məsələni həll etmək məqsədi ilə ötən il Qaracalar kəndində su artezian quyusu qazılıb. Lakin həmin sakinlərin yerləşdiyi məhəllə istiqamətində suyun aparılması üçün min iki yüz metrdən bir qədər artıq iri boru xətlərinin çəkilməsi lazımdır. Məsələ ilə bağlı sakinlərlə də müzakirələr aparıldığını deyən bələdiyyə nümayəndəsi məsələni qarşıdakı aylarda həll edəcəklərini bildirdi.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri