Icma.az
close
up
RU
“Balanslaşdırılmış siyasət və uzunmüddətli inkişaf strategiyası” ŞƏRH EDİLDİ

“Balanslaşdırılmış siyasət və uzunmüddətli inkişaf strategiyası” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində onun siyasi irsinin bu gün də Azərbaycan dövlət idarəçiliyinin strateji xəttini necə müəyyənləşdirdiyini dəyərləndirmək həm tarixi, həm də siyasi zərurətdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin idarəçilik fəlsəfəsi yalnız müəyyən bir dövrün reallıqlarına deyil, həm də gələcək nəsillərin dövlətçilik modelinə hesablanmış uzunmüddətli konseptual yanaşmalara söykənirdi: "Bu səbəbdən də onun siyasi irsi bu gün həm regional təhlükəsizlikdə, həm xarici siyasətdə, həm də milli inkişaf modelində öz aktuallığını qorumaqdadır. Regional təhlükəsizlik müstəvisində Heydər Əliyevin ən mühüm yanaşmalarından biri balanslaşdırılmış siyasət və preventiv diplomatiya idi. O, regionda risklərin proqnozlaşdırılması, təhlükəsizlik arxitekturasının formalaşdırılması və Azərbaycanın milli maraqlarının qorunması istiqamətində institusional əsaslar qurdu. Bu gün Azərbaycan regionda sabitlik yaradan və təhlükəsizliyi təmin edən əsas aktorlardan biridir. Məhz Heydər Əliyevin qoyduğu strateji xətt nəticəsində ölkə öz hərbi-siyasi mövqelərini möhkəmləndirib və geosiyasi proseslərdə söz sahibi halına gəlib. Xarici siyasət kursuna gəldikdə isə, burada Heydər Əliyevin çoxvektorlu diplomatiyası əsas istiqaməti formalaşdırır. O, böyük güclərlə münasibətlərdə tarazlığı qorumağı, regional təşkilatlarla əməkdaşlığı genişləndirməyi və Azərbaycanın enerji resurslarını xarici siyasətin mühüm alətinə çevirməyi bacardı. Bu gün də Azərbaycan məhz həmin kursun davamı olaraq həm qlobal, həm də regional səviyyədə nüfuzlu tərəfdaş kimi qəbul edilir. Enerji layihələri, nəqliyyat dəhlizləri və strateji əməkdaşlıq formatları ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Milli inkişaf modeli isə Heydər Əliyevin siyasi irsinin ən dayanıqlı hissələrindən biridir. Onun müəyyənləşdirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası Azərbaycanın bu gün modern, rəqabətqabiliyyətli, innovasiya yönümlü iqtisadiyyata keçidini təmin edir. Sosial siyasət, idarəetmə institusionalizmi, insan kapitalına sərmayə və dövlətçilik ənənələrinin gücləndirilməsi müasir mərhələdə də öz əhəmiyyətini itirməyib. Heydər Əliyevin siyasi irsi Azərbaycanın bu günkü dövlət idarəçiliyinin yalnız tarixi təməli deyil, həm də real siyasi, təhlükəsizlik və inkişaf xəttinin əsas istiqamətlərini müəyyənləşdirən fundamental konsepsiyadır. Onun müəyyən etdiyi strateji çərçivə bu gün də həm daxili idarəçilikdə, həm də beynəlxalq siyasətdə ölkəmizin dayanıqlı inkişafına xidmət edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri