Icma.az
close
up
RU
Praqmatik və balanslaşdırılmış siyasət

Praqmatik və balanslaşdırılmış siyasət

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evdə keçirilən görüş zamanı mətbuata bəyanatla çıxışı və ardınca Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə ölkəmizin xarici siyasət gündəliyində mühüm hadisə kimi yadda qaldı. Dövlət başçısının çıxışı Azərbaycan-ABŞ münasibətlərinin strateji əhəmiyyətini, qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərini və regional proseslərdə ölkəmizin oynadığı aparıcı rolu bir daha nümayiş etdirdi. Müsahibə zamanı isə Prezident İlham Əliyev səfərin nəticələri, gələcək perspektivlər və milli maraqların təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.

Dövlət başçısı çıxışında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəmini vurğulayıb, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb.
Çıxışında Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürüdən, bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq dövlət olduğunu vurğuladı. Qarabağ həqiqətlərinə, regionda yaranmış yeni reallıqlara və sülh prosesinə toxunan dövlət başçısı bildirdi ki, ölkəmizin məqsədi dayanıqlı sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsidir.
Ağ Evdə edilən bəyanat həm diplomatik məharət, həm də milli maraqların qorunması baxımından xüsusi önəm daşıyırdı. Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı rol və qlobal iqtisadi layihələrdə iştirakının əhəmiyyətini vurğuladı. Bu, bir daha göstərdi ki, Azərbaycan təkcə regionda deyil, dünya miqyasında da etibarlı tərəfdaşdır.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Azərbaycanın aparıcı media nümayəndələri ilə görüşü də baş tutdu. Bu görüşdə jurnalistlərin sualları açıq şəkildə cavablandırıldı, səfərin məqsədləri, əldə olunan razılaşmalar və gələcək planlar barədə ətraflı məlumat verildi. Dövlət başçısı medianın ölkəmizin mövqeyini dünyaya çatdırmaqda mühüm rolunu qeyd etdi və media əməkdaşlarının fəaliyyətinə yüksək qiymət verdiyini bildirdi.
Azərbaycan mediasına verdiyi müsahibədə Prezident İlham Əliyev strateji tərəfdaşlıq, iqtisadi inkişaf və mədəni əlaqələr sahəsində yeni təşəbbüslərdən danışdı. O, xüsusilə Azərbaycanın iqtisadiyyatında son illərdə müşahidə olunan şaxələnmə prosesini, yeni sənaye və texnologiya layihələrini, habelə kənd təsərrüfatının modernləşdirilməsini ön plana çəkdi.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın ABŞ ilə münasibətlərində qarşılıqlı fayda prinsipi əsas götürülür. İqtisadi və enerji sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri, eləcə də təhsil və innovasiya sahəsindəki layihələr iki ölkə arasında münasibətlərin genişlənməsinə təkan verir.
Beləliklə, Prezident İlham Əliyevin Ağ Evdəki bəyanatı və media ilə görüşü Azərbaycanın dünyadakı mövqeyini bir daha möhkəmləndirdi. Bu hadisə həm diplomatik tariximizdə mühüm səhifə, həm də milli qürur mənbəyi kimi yadda qalacaq. Azərbaycanın gələcək inkişafında bu diplomatik uğurun və yeni strateji tərəfdaşlığın rolu böyük olacaq. Prezident İlham Əliyevin açıqlamaları ölkəmizin dinamik və məqsədyönlü siyasət yürütməsinin ən parlaq ifadəsidir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri