Icma.az
close
up
RU
Balaxanı neftçiləri “Konstitusiya və Suverenlik İli” minifutbol turnirinin qalibi oldu

Balaxanı neftçiləri “Konstitusiya və Suverenlik İli” minifutbol turnirinin qalibi oldu

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turnirinin qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 22-də Bakı Tennis Akademiyasında keçirilən final oyununda “Azneft” İstehsalat Birliyinin komandası “Balakhani Operating Company LTD” hasilat şirkətinin futbolçuları ilə qarşı-qarşıya gəlib. Balaxanı neftçiləri parlaq oyun nümayiş etdirərək rəqiblərinə 5:0 hesabı ilə qalib gəliblər. Eyni zamanda qalib komandanın qapıçısı Elşad Mustafayev turnirin “ən yaxşı qapıçı” tituluna da layiq görülüb.

Beləliklə, “Balakhani Operating Company LTD” ötən il “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 mini-futbol turnirində qazandığı qalib titulunu təkrarlayıb.

“Balakhani Operating Company LTD” komandasının oyunçusu Ələkbər Əlizadə sevinc hissini gizlətmirdi: “Oyun çox gərgin və məsuliyyətli idi. Rəqib də güclü idi və sonadək mübarizə apardı. Amma biz, bütün oyun boyu diqqətimizi itirmədik, bir-birimizə güvəndik və tapşırıqları sona qədər yerinə yetirdik. Qələbəmizi Azərbaycanın suverenliyini bayram edən hər bir vətəndaşımıza həsr edirik”.

Kapitan Rəşad Quliyev isə cəmi üç il qatıldıqları SOCAR mini-futbol turnirinin ikisinin qalibi olmağın qürurunu yaşayırdı: “İl boyu formada qalmaq üçün məşqlərimizi davam etdiririk. Lakin səni dəstəkləyən azarkeş toplusu, şirkətimizin rəhbərliyi qarşısında çıxış etmək tamam başqa bir hiss və məsuliyyətdir. Etimadlarını bir daha doğrultduğumuza sevindim”.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri