Icma.az
close
up
RU
Balaxanıda uşaq və gənclərlə Biomüxtəliflik Günü qeyd olunub

Balaxanıda uşaq və gənclərlə Biomüxtəliflik Günü qeyd olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Balaxanı Ekoloji Mərkəzi və Botanika bağında “Təbiəti qoruyan uşaqlar!” (“Cool Kids Conserve!”) devizi altında tədbir keçirilib. Tədbirdə uşaqlar və gənclər ekoloji fəaliyyətlərə qoşulublar.

AZƏRTAC xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FAO-nun Azərbaycan ofisi, Bakı Abadlıq Xidməti və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev, FAO layihəsinin baş texniki mütəxəssisi Peter Pexaçek, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin direktoru Firuzə Sultan-zadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Biomüxtəlifliyin Mühafizəsi Xidmətinin və Bakı Abadlıq Xidmətinin nümayəndələri, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri, “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının fəal ekoklub üzvləri, həmçinin müxtəlif məktəblərin ekoklub rəhbərləri və bölgələrdən gəlmiş ekoloji fəal şagirdlər iştirak ediblər.

Rəsmi çıxışlarda biomüxtəlifliyin əhəmiyyəti, təbiətin bərpası və gənclərin bu prosesdə rolu vurğulanıb.

Praktiki fəaliyyətlərə botanika üzrə master-klas və keramika üzrə ustad dərsi, “Biomüxtəlifliyin detektivləri” kvest oyunu, milli parklar haqqında sənədli film izləməsi və maarifləndirici ekskursiyalar daxil olub. Tədbirin sonunda Botanika bağında 150 nəfər tələbə və ekoklub üzvlərinin iştirakı ilə zeytun ağacları əkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri