Icma.az
close
up
RU
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”

Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

22 May - Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

AZƏRTAC xəbər verir ki, hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Təbiətlə harmoniya və davamlı inkişaf”dır.

Bir milyon flora və fauna növü yox olmaq təhlükəsi altındadır

Planetin bioloji müxtəlifliyi bu gün sürətlə azalır. Bitkilər, heyvanlar və meşələr Yer üzündən yoxa çıxır. Bir milyon flora və fauna növü yox olmaq təhlükəsi altındadır. Bunun çoxu insan fəaliyyəti ilə bağlıdır.

Yer planetində növlərin bioloji müxtəlifliyinin gələcək taleyi ilə bağlı narahatlıq 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və Davamlı İnkişaf Konfransında dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bununla bağlı Bioloji Müxtəliflik haqqında Konvensiya qəbul edildi və hazırda 200-ə yaxın dövlət onun iştirakçısıdır. Konvensiyaya qoşulmuş ölkələrin qarşıya qoyduğu məqsədlər aydındır: ekoloji sistemlərin bioloji müxtəlifliyinin qorunması, bioloji müxtəlifliyin komponentlərindən davamlı istifadə və genetik ehtiyatların istifadəsindən fayda əldə etmək. Beynəlxalq Bioloji Müxtəliflik Gününün əsas vəzifəsi ictimaiyyətin diqqətini Yer kürəsində flora və faunanın çoxsaylı nümayəndələrinin bərpa olunmaz şəkildə yoxa çıxması probleminə cəlb etməkdir.

Son 20 ildə gərgin səylərə baxmayaraq, planetin biomüxtəlifliyi azalmaqda davam edir və ekoloji tarazlıq hələ də dəyişməkdədir. Ekoloji sistemin təqribən 60 faizi deqradasiyaya uğrayıb və ya ehtiyatsız istifadə olunur. Bu da biomüxtəlifliyin itirilməsinə və növbəti 50 ildə daha da pisləşə biləcək ağır nəticələrə gətirib çıxara bilər.

Planetdə həyatın müxtəlifliyinin qorunması uğrunda mübarizə aparmağın yollarından biri də nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması, təbiətə qayğıdır.

Ümumdünya Təbiəti Mühafizə İttifaqı biomüxtəlifliyin itirilməsinə səbəb olan yeddi əsas amili müəyyən edib:

- Təbii mühitin itirilməsi və parçalanması;

- İnvaziv növlərlə rəqabət;

- Ətraf mühitin çirklənməsi;

- Qlobal iqlim dəyişikliyi;

- Səhralaşma;

- Əhalinin artması və həddindən artıq istehlak;

- Təbii ehtiyatlardan ehtiyatsız istifadə.

2022-ci ilin dekabrında Monrealda Bioloji müxtəliflik barədə Konvensiyanın tərəflərinin Konfransında flora və faunanın itirilməsi tempini azaltmağa kömək edəcək və okeanların müdafiəsini təmin edəcək tarixi saziş təsdiqlənib. Həmin saziş 2050-ci ilə qədər növlərin itkisini dayandırmaq və bərpa etmək üçün məqsədləri və xüsusi tədbirləri müəyyən edir.

Azərbaycanın zəngin bitki və heyvanat aləmi

Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Respublikamız üçüncü dövrə aid relikt (qədim bitkilər) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə cənub zonasında daha çox rast gəlinir. Dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. misal göstərmək olar. Ölkəmizdə 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6 faizə qədərini təşkil edir.

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata Şərq səyyahlarının yazılarında rast gəlmək olar. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalılar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.

Xüsusi mühafizə olunan təbiət əraziləri

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə - milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir.

İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur - Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır - Daşaltı, Laçın, Qubadlı, Arazboyu. Otuz ilə yaxın işğal müddətində həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. Həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulması, bərpa olunması, hətta azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər aparılır.

III “Qırmızı kitab” - 241 fauna növü və 460 flora növü

Biomüxtəlifliyin qorunmasının ən effektiv üsullarından biri məhz "Qırmızı kitabın nəşridir. “Qırmızı kitab”ın birinci nəşri 1989-cu, ikinci nəşri isə 2013-cü ildə işıq üzü görüb. Birinci “Qırmızı kitab”da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitaba isə 223 fauna və 300 flora növü daxil edilib. "Qırmızı Kitab"ın üçüncü nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü və 460 flora növü öz əksini tapıb. Kitabda əsas və çəhrayı olmaqla iki siyahı mövcuddur. Çəhrayı siyahının əsas siyahıdan fərqi ondadır ki, çəhrayı siyahıda olanlar hər hansı bir xüsusi mühafizəyə salınmır. Flora üzrə 50-dən çox, fauna üzrə 42 növ çəhrayı siyahıya əlavə olunub.

Biomüxtəliflik Günü COP29-un gündəlik tematik proqramında

Ötən ilin noyabrında Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi etdi.

Bunu Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Həmin missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi.

Təxminən iki həftə davam edən və mühüm qərarların qəbul edildiyi beynəlxalq tədbirin gündəliyində biomüxtəlifliyin mühafizəsi məsələsi də yer aldı. Belə ki, COP29-un gündəlik tematik proqrama əsasən noyabrın 21-də Təbiət və Biomüxtəliflik/Yerli xalqlar/Gender Bərabərliyi/Okeanlar və Sahil Zonaları Günü keçirildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri