Icma.az
close
up
RU
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ Hökumətdən qərar + CƏDVƏL

BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ Hökumətdən qərar + CƏDVƏL

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Mia.az xəbər verir ki, balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.

Quba “ASAN xidmət” mərkəzi

– Xaçmaz, Şabran, Siyəzən 

Salyan “ASAN xidmət” mərkəzi

– Neftçala, Salyan, Biləsuvar, Şirvan
Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir
Lənkəran “ASAN xidmət” mərkəzi

– Astara, Lənkəran, Masallı

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə linkə keçid edərək tanış olmaq mümkündür.

“Dövlət rüsumu haqqında” Azərbaycan Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir.

Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim edilməlidir.

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycanın və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Yanvar 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri