Peşə ixtisaslarının sayı 700 dən 250 yə endiriləcək RƏSMİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2030-cu ilə qədər 23 yeni peşə təhsili müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bunu peşə təhsili müəssisələrinin rəhbər və əməkdaşlarının iştirakı ilə görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleymanlı deyib.
Onun sözlərinə görə, yeni müəssisələrin tikintisi peşə təhsilinin inkişafına müsbət təsir göstərəcək.
“Peşə müəssisələrinə tələbə qəbulu üzrə rəqəmlərin yüksək səviyyədə olması bunu bir daha təsdiqləyir”.
T.Süleymanlı qvurğulayıb ki, peşə təhsili üzrə 700-dən çox ixtisasın sayı ümumiləşdirmə və yenilənməklə 250-yə endiriləcək.
“Burada məzmun və fənlər yenilənməlidir. Bu isə müəllim heyətinin müvafiq olaraq yeni təsnifata uyğunlaşdırılmasını tələb edir. Təhsilverənlərin yeni təsnifata uyğunlaşdırılması birmənalı olaraq asan olmayacaq”.
Şöbə müdiri qeyd edib ki, ənənəvi təhsil metodlarından daha çox dual təhsil modelinə fokuslanmaq lazımdır.
“Bu istiqamətdə bacarıqların artırılması üçün müvafiq addımlar atılacaq. Bununla bağlı təlimlər də nəzərdə tutulur. Təlimlərin mövzuları və növbəti fəaliyyət planı barədə mütəmadi olaraq məlumat veriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















