Icma.az
close
up
RU
Balkan ölkələrində maşınla səyahət edən azərbaycanlıya hücum ediblər

Balkan ölkələrində maşınla səyahət edən azərbaycanlıya hücum ediblər

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müşahidələr göstərir ki, ölkədə səyahəti həyatının ayrılmaz hissəsinə çevirənlərin sayı zamanla yalnız artır. Azərbaycanlı səyahətsevərlər dünyanın müxtəlif ölkələrinə üz tutmaqdan çəkinmirlər. Avtomobillə səyahət də ayrıca dəbə düşüb. Amma bunun təhlükəli tərəfləri də var.

Bizimyol.info xəbər verir ki, sosial mediadakı səyahətsevərlərin qruplarından birində Albaniyadan Monteneqroya gedən şəxs böyük təhlükə ilə üzləşdiyini yazıb. Əli Orucov Balkan ölkələrində gecə avtomobillə hərəkət etməyin zərərini görəcəkmiş. Onun yazdığına görə, yolda idarə etdiyi maşını saxlayaraq qarət etmək istəyiblər.

“Yol meşəlik ərazidən keçirdi və məndən başqa, demək olar, heç kim yox idi. Bu anda iki maşın ard-arda çox sürətlə, bəlkə də, saatda 120-130 km sürətlə yanımdan keçdilər. Sadəcə, yarışdıqlarını düşündüm. Bir az irəliləyəndə yolun kənarında polis formasında iki şəxs dayanmışdı, amma polis maşını görünmürdü. Dayandıqları yer yol kənarındakı “P” yazılan qəza vəziyyətləri üçün ayrılmış yer idi. Yaxınlaşanda əllərində fənərlə üzümə tutub saxlamaq əmri verdilər. Bu anda birinin saqqallı, şalvarının sadəcə qara cins şalvar olduğunu və ağaclığın içinə doğru bir yerdə gizlədilmiş maşın gördüm. Tam yanlarına çatanda özlərini maşının qarşısına atıb məcburi şəkildə saxlamağımı istədilər. Sürəti azaldıb daha diqqətli baxmaq və həqiqətən polis olub-olmadıqlarına yoxlamaq istədim. Qışqıra-qışqıra dayanmağımı istədilər, biri maşının sol tərəfinə, digəri isə sağ tərəfinə keçdi. Tam saxlayırdım ki, fikrimi dəyişib qaza basdım və sürətlə uzaqlaşdım. Dedim, əgər polisdilərsə, arxamdan mütləq gələcəklər, amma gəlmədilər”.

Əli Orucov bir neçə kilometr sonra polis əməkdaşlarıyla qarşılaşıb, onlara başına gələnləri danışıb. Amma asayiş keşikçiləri azərbaycanlının danışdıqlarına biganə yanaşıblar. Sürücü ən yaxın yanacaqdoldurma məntəqəsinə qədər getmək qərarına gəlib. Buradakı kafedə kofe sifariş edərək səhərin açılmasını gözləyib. Bu müddətdə yolda hücuma məruz qaldığı şəxslərin bir neçə dəfə yanacaqdoldurma məntəqəsinə gəldiklərini görüb. Onlar azərbaycanlını tanıyanda oradan uzaqlaşıblar.

Əli Orucov Monteneqroya sağ-salamat çata bilib. Amma həmvətənlərinə Balkan ölkələrində gecə yola çıxmamağı tövsiyə edir. Xüsusilə meşə massivində diqqətli olmağı məsləhət görür. Ən yaxşısı isə ödənişli yollardan istifadə etməkdir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri