Icma.az
close
up
RU
Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişlənməsi əsas hədəflərdəndir

Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişlənməsi əsas hədəflərdəndir

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafı xarici siyasət uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsidir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın  martın 11-də ölkəmizə rəsmi səfəri bu reallığı bir daha təsdiqlədi. Mətbuata bəyanatında “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır” çağırışını edən dövlət başçısı İlham Əliyev tərəflərin əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduğunu diqqətə çatdırdı.
Əməkdaşlıqda iqtisadi amil xüsusi yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi davamlı töhfələr diqqətdən kənarda qalmır. Ölkəmizin regional çərçivədə qurduğu əlaqələrin  coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatıdır. Sözügedən səfər zamanı Azərbaycanın iştirakçısı və təşşbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişməsi, yeni layihələrə yol açması xüsusi vurğulandı. Diqqəti təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinə yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə  hər zaman böyük diqqətlə yanaşılır. Azərbaycan qazı keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırıldı. Gələcəkdə  lazım olan həcmdə qaz təchizatı artırıla bilər. Çünki  bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparılır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin hazırkı inkişaf səviyyəsindən, qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli rolundan geniş bəhs etdi. Bu səfər Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana ikinci səfəridir. Ölkələrimiz arasında siyasi dialoqun  dinamik xarakter aldığını xüsusi qeyd edən Prezident İlham Əliyev Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 tədbirindən ötən   qısa müddətdə Qordana Silyanovska-Davkovanın ikinci dəfə ölkəmizdə olmasını bunun bariz nümunəsi kimi vurğuladı. İqlim konfransında Qordana Silyanovska-Davkovanın fəal iştirakı, konfransın uğurla keçirilməsinə  verdiyi töhfələr yüksək dəyərləndirildi. Bu məqam da diqqətə çatdırıldı ki, xanım Prezidentin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəsi var. Beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışıb,  eyni zamanda, ölkəsində  ən yüksək vəzifəyə layiq görülüb. Onun  dəyərli fikirləri hamı üçün çox maraqlı ola bilər. Qeyd edək ki, Qordana Silyanovska-Davkova martın 13-15 tarixlərində müxtəlif ölkələrdən 300-dən çox xarici qonağın iştirakı ilə “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda keçiriləcək XII Qlobal Bakı Forumunun iştirakçısı olacaq. Prezident İlham Əliyev bildirdi ki, xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumu dünya miqyasında layiqli yerini tuta bilib. 
Forumun mövzusu hazırkı dövrün mühüm çaırışının təqdimatıdır. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində yeni dünya nizamının formalaşdığını, bu prosesin başlanğıcında olduğumuzu önə çəkərək bu çağırışı etdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı  ədalətli nizam kimi görürük.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyinin möhkəmlənməsi təqdir edilir. Təbii ki, buna əsas verən dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən  müstəqil siyasətidir. Qordana Silyanovska-Davkova bildirdi ki, Azərbaycanın beynəlxalq münasibətlərdə fəal rolu bir həqiqətdir. Ötən il COP29 iqlim konfransına Azərbaycanın ev sahibliyi, tədbirin yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir.  Onun ardınca ölkəmizin XII Qlobal Bakı Forumuna ev sahibliyi təqdir edilərək Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olmasını atdığı addımlarla təsdiqlədiyi önə çəkildi. Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir. Qlobal problemlərin həllində birgə səylərin göstərilməsinə çağırışlar edir və bu birliyə, həmrəyliyə töhfələr verir. Qordana Silyanovska-Davkova onu da qeyd etdi ki, bu səfər dərin dostluğun təməli olacaq.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı  Prezident İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri, iki ölkənin münasibətlərinin gələcək inkişafı geniş müzakirə olunub. Hazırda tərəflər əlaqələrin təkcə energetika deyil, digər sahələrdə də uğurlu inkişafında maraqlıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri