Icma.az
close
up
RU
Əlaqələrin əsas sütunlarından biri

Əlaqələrin əsas sütunlarından biri

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çoxəsrlik ortaq tarix və mədəniyyətin varisləri olan müstəqil Azərbaycanla İran İslam Respublikası arasında münasibətlər ötən 3 onillikdə hər iki ölkənin xarici siyasətində önəmli yer tutub. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin son 20 ildə uğurla davam etdirdiyi ölkəmizin İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurulub.

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın mətbuata bəyanatlarında bu münasibətlər hərtərəfli təhlilini tapıb. Prezident İlham Əliyeb bildirib ki, “Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır.” Azərbaycan və İran iqtisadi əlaqələrinin əsas sütunlarından biri nəqliyyat-logistika sahəsindəki əməkdaşlıqdır. Son illər bu sahədə atılan addımlar və aparılan infrastruktur layihələri göstərir ki, tərəflər regionun mühüm tranzit mərkəzinə çevrilməkdə qərarlıdır.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan Şimal-Cənub nəqliyyat dəhlizi, bu strategiyanın mərkəzi elementidir. Bu dəhliz Hindistandan Avropaya qədər uzanan, İran və Azərbaycan ərazisindən keçən vacib ticarət marşrutudur. Cənab Prezidentin sözləri ilə desək; “Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək.” Azərbaycan artıq öz ərazisində lazımi infrastruktur layihələrini həyata keçirib. Cənab Prezident İlham Əliyev çıxışında vurğulayıb: “İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.” Bu fikirlər göstərir ki, Azərbaycan nəinki bu dəhlizə daxil olmaqla kifayətlənir, həm də regionun əsas yük ötürücü qovşaqlarından birinə çevrilmək məqsədi güdür. Bu isə uzunmüddətli iqtisadi planlaşdırma və regional liderlik deməkdir. Digər tərəfdən, bu əməkdaşlıq təkcə infrastrukturla məhdudlaşmır. Prezident Əliyev çıxışında deyib: “Ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi.” Bu, iqtisadi əlaqələrin kompleks şəkildə inkişaf etdiriləcəyini və investisiya, sənaye, kənd təsərrüfatı kimi sahələrə də şamil olunacağını göstərir. Ən önəmlisi isə, bu dəhliz bölgədəki iqtisadi əməkdaşlığın və qarşılıqlı asılılığın artmasına səbəb olaraq, siyasi sabitliyə də töhfə verəcək. Prezident İlham Əliyev bəyanatında xüsusi qeyd edib: “Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.”
Prezident İlham Əliyev onu da bildirib ki, “Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq.” Bütün bu addımlar sübut edir ki, Azərbaycan və İran əlaqələri siyasi, iqtisadi, strateji, mədəni-humanitar münasibətlərdə yeni inkişaf ömrü yaşayacaq.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri