Ballıca sakini: Üç nəfərlə çıxdığımız kəndə yeddi nəfərlə qayıdırıq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Xocalı rayonunun Ballıca kəndinə qayıdan sakin çox sevincli olduqlarını deyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un Xocalıya ezam olunan əməkdaşı ilə söhbətdə Ballıca kənd sakini Rövşən Əhmədov danışıb.
O, kəndə qayıdacaqları günü çox gözlədiklərini vurğulayıb:
"Özüm Ballıca kəndində böyümüşəm, müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək yaralanmışam. Şükür, otuz üç ildən sonra doğma kəndimizə geri dönürük. O vaxt kənddən çıxanda ailəmiz üç nəfərdən ibarət idi, indi yeddi nəfərlə geri qayıdırıq.
Bütün kənd sakinləri üçün çox sevincli gündür. İnşallah, bütün keçmiş məcburi köçkünlər tezliklə öz yurdlarına dönərlər. Bizə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ballıca kəndini bundan sonra öz fəaliyyətimizlə inkişaf etdirəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















