Xocalı sakini: Üç nəfərlə çıxdığım doğma yurduma on nəfərlə qayıdıram
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bu gün doğma yurdumuza qayıtmağımız üçün bir şəhid qardaşı olaraq çox sevinirəm".
Bu sözləri Oxu.Az-a açıqlamasında Xocalı rayonunun Xanabad kəndinə qayıdan keçmiş məcburi köçkün Polad Səhliyev deyib.
O bildirib ki, 1992-ci ildə Xocalıdan üç nəfər ailə üzvü ilə çıxıb:
"İndi isə 10 nəfərlə qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Cənab Prezidentimizə təşəkkür edirəm ki, onun qətiyyəti və uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Qısa müddət ərzində azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri aparıldı və biz öz doğma yurd-yuvamıza qaytarıldıq, buna görə də hər birimiz çox sevincliyik".
Bu mövzuda digər xəbərlər:Xocalı sakini: 11 yaşında çıxdığım kəndə indi ailəmlə birgə qayıdıram
17 Sentyabr 2025 14:40
Cəbrayıl sakini: Yoldaşımla çıxdığım doğma torpağıma indi nəvələrimlə qayıdıram
18 Yanvar 2025 06:47
Ballıca sakini: Üç nəfərlə çıxdığımız kəndə yeddi nəfərlə qayıdırıq
28 İyul 2025 12:39
Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram
25 Avqust 2026 14:01
Xıdırlı sakini: 75 yaşımda doğma yurduma qayıdıram
27 Avqust 2025 06:59
Baxış sayı:179
Bu xəbər 19 Mart 2026 07:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















