Ballıca sakini: Xocalıdan çıxdığımız maşınla kəndimizə qayıdırıq FOTO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"30 ildə dəfələrlə ehtiyacımız olsa da, bu maşını satmadım. İnanırdım ki, bir gün doğma yurda qayıdacağıq. Şükürlər olsun, o gün gəldi. Biz indi doğma yurda qayıdırıq, özü də Xocalıdan çıxdığımız maşınla".
Bunu bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən Vidadi Əliyev APA-ya açıqlamasında deyib.
24 yaşında Xocalıdan köçkün düşmüş V. Əliyev bu gün ailəsi ilə birgə yurdlarına qayıtdıqlarını bildirib: "Ailə üzvlərimizdən itirdiklərimiz də var. Köçkünlük illərini Gəncədə yaşadıq. Bu günə şükür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah dövlətimizin başçısını qorusun".
Qeyd edək ki, bu gün növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə yola düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















