Icma.az
close
up
RU
Baltik dənizində anomaliya: Dənizin 90 metr dərinliyində tapılan sirli obyekt nədir?

Baltik dənizində anomaliya: Dənizin 90 metr dərinliyində tapılan sirli obyekt nədir?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baltik dənizinin dibində aşkar edilən müəmmalı obyekt sonar görüntülərində "Ulduz müharibələri" filmlərindəki "Minilliyin Şahini" kosmik gəmisinə bənzəyirdi. İlk ehtimallara görə, bu, asteroid, vulkanik material, sualtı qayıq bazası və ya hətta uçan naməlum obyekt (UNO) ola bilərdi. 

Qaynarinfo xəbər verir ki, lakin "IFLScience"nin yazdığına görə, gerçəklik tamamilə fərqli olub.  

Baltik dənizindəki bu anomaliya ilk dəfə Ocean X Team ekspedisiyası tərəfindən qeydə alınıb. 2011-ci ildə araşdırmaçılar dəniz səthində sonar cihazı vasitəsilə qəribə bir görüntü əldə ediblər. Dənizin təxminən 91 metr dərinliyində qeyri-adi bir struktura rast gəlinib.  

Komanda həmin əraziyə qayıtdıqda bütün elektron cihazlar, o cümlədən peyk telefonu işləməkdən dayanıb. Yalnız 200 metr uzaqlaşdıqdan sonra cihazlar yenidən fəaliyyətə başlayıb.  

"Mən 100% əminəm ki, biz çox unikal bir şey tapmışıq", – deyə Ocean X Team-in baş direktoru Dennis Asberg bildirib.  

Ərazidən götürülən nümunələr Stokholm Universitetinin geologiya üzrə dosenti Folker Brüxerta təqdim edilib. Araşdırmalar nəticəsində bu nümunələrin qranit, qneys və qumdaşı olduğu müəyyən edilib. Bu, buzlaq hövzələrində rast gəlinən adi süxurlar hesab edilir. Lakin bir nümunə xüsusilə diqqət çəkib – donmuş lava parçası.  

Brüxert Live Science-ə verdiyi açıqlamada bildirib ki, Baltikanın şimal hissəsi buzlaqların əriməsi prosesindən güclü təsirlənib və bu obyektlə süxurlar çox güman ki, buzlaq və postbuzlaq prosesləri nəticəsində formalaşıb. Obyektin olduğu əraziyə süxurların buzlaqlar tərəfindən daşınmış olması mümkündür.  

Buna görə də alimlər Baltik dənizindəki anomaliyanın heç bir şəkildə kosmos və ya UNO ilə əlaqəli olmadığını müəyyən ediblər. Onlar vurğulayıblar ki, dəniz dibinin skan edilməsi üçün istifadə edilən texnologiya görüntülərin interpretasiyasına böyük təsir göstərir.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri