Icma.az
close
up
RU
Dənizin ən iri

Dənizin ən iri

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Balinalar haqqında maraqlı faktlar...

19 fevral Balina Günüdür

Dünyanın ən böyük və heyranedici dəniz heyvanlarından biri olan balinalar həm alimlərin, həm də təbiətsevərlərin diqqətini cəlb edib. Bu möhtəşəm heyvanların öyrənilməsi, onların bioloji xüsusiyyətləri, yaşayış mühiti və davranış qaydaları haqqında məlumat toplamaq insanlara dəniz ekosistemlərinin qorunması və sağlamlığı haqqında dərin anlayış verir. Fevralın 19-u bütün dünyada dəniz məməlilərinin müdafiəsi və ya Balina Günü kimi qeyd olunur. Bu gün 1986-cı ildə dünyada balina ovunun qadağan olunması zamanı qeyd edilməyə başlayıb. Dəniz məməlilərinin 200 il ərzində intensiv surətdə ovlanması, onların sayının sürətlə azalması ilə nəticələnib. Bəzi növlər hətta yoxa çıxma təhlükəsi ilə üzləşiblər.

Balinalar dəniz məməlilərinin ən böyük nümayəndələri olaraq müxtəlif növlərə və ölçülərə malikdir. Mavi balina dünyanın ən böyük canlısı olaraq tanınır və bəzi nümayəndələri 30 metrə qədər uzunluğa və 200 ton çəkiyə çata bilər. Bu heyvanlar qidalanma strategiyaları, üzgüçülük bacarıqları və sosial quruluşları ilə də fərqlənir. Balinaların həyatı əsasən onların yaşadıqları dənizlərin səviyyəsində baş verir. Onların dənizdəki həyatları, həm də insanların dəniz mühitlərinə müdaxiləsi ilə sıx bağlıdır. Balinaların qorunması və onlara qarşı təhdidlərin azaldılması dəniz ekosistemlərinin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.

Balinaların kommunikasiyası

Balinaların kommunikasiya bacarıqları təbiətin ən mürəkkəb və heyranedici fenomenlərindən biridir. Onlar çox inkişaf etmiş və geniş bir səs spektrində ünsiyyət qura bilirlər. Balinaların istifadə etdiyi səslər insan səsindən çox fərqlidir və geniş məsafələrə yayıla bilir.

Miqrasiya...

Balinaların miqrasiya davranışları dünyadakı ən möhtəşəm və uzunmüddətli hərəkətlərdən biridir. Hər il balinalar minlərlə kilometr məsafə qət edirlər. Bu miqrasiya əsasən iki məqsədə xidmət edir: yemək axtarışı və nəsil artırma. Balinaların ən məşhur miqrasiya marşrutları, qışda isti su hövzələrinə doğru gedib, yazda isə daha soyuq sulara geri qayıtmalarını nəzərdə tutur. Bu miqrasiya dövrü balinaların həyat dövrünün təməl bir hissəsidir. Balinalar miqrasiya prosesində çoxsaylı çətinliklərlə üzləşirlər: səyahətləri əsnasında yemək tapmaq, təhlükəli sulara daxil olmaq, təbii fəlakətlər və ya insan fəaliyyəti səbəbi ilə təhdidlərə məruz qalmaq. Bu səbəblə balinaların bu səyahətləri həm onların mövcudluğunun qorunması, həm də bioloji müxtəlifliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Balina “mahnıları”

Balinalar çoxsaylı növ və alt növlərə sahibdirlər, buna görə də onların hər biri özünəməxsus “dil” və səs tonu ilə ünsiyyət qurur. Məsələn, mavi balina uzun məsafələrə yayılan və çox güclü olan ultrasəs səs dalğaları ilə ünsiyyət qurur. Bu səs dalğaları təkcə yaxın mühitlə deyil, minlərlə kilometr uzaqlıqdakı digər balinalar tərəfindən də eşidilə bilər. Hətta bəzi balina növləri müəyyən bir mahnı oxuyaraq digər balinalarla əlaqə qurur, bu isə onların sosial davranışlarını və digər fərdi xüsusiyyətlərini əks etdirir. Balina “mahnıları” çox mürəkkəbdir və müəyyən mövsümi dəyişikliklərə və ya sosial vəziyyətlərə görə dəyişə bilər. Bir çox alim balinaların bu “mahnı” və səslərinin məqsədini hələ də tam olaraq müəyyənləşdirə bilmir, amma bunun onların nəsil artırma və kommunikasiya prosesləri ilə sıx əlaqəli olduğu məlumdur. Balinaların səs dalğaları, həmçinin digər dəniz canlıları ilə əlaqəli ekosistem davranışlarının baş verməsi üçün çox vacibdir. Balina səsi yalnız ünsiyyət üçün deyil, həm də ekosistemlərdəki digər canlılarla qarşılıqlı təsir yaratmaq üçün istifadə olunur. Tədqiqatçılar balinaların səs ifasında təbiətin və həyatın əsl harmoniyasını tapırlar və bu balinaların nə qədər inkişaf etmiş canlılar olduqlarını bir daha sübut edir.

Balinaların mühafizəsi

Bir vaxtlar balinalar çox sayda ovlanmış və nəsli kəsilmə təhlükəsi ilə üzləşmişdilər. Bununla yanaşı, balina ovçuluğuna qadağa qoyulsa da, indiyə qədər balinaların təbiətinə ciddi təhdidlər mövcuddur. İnsanların dəniz ekosistemlərinə etdiyi müdaxilələr balinaların yaşayış mühitini və həyat dövrünü təhlükə altına alır. Plastik çirklənmə balina növlərinin həyatını davam etdirməsini çətinləşdirir və onları müxtəlif xəstəliklərə qarşı daha həssas edir.

Beynəlxalq qorunma təşkilatları və qanunvericilik müvafiq olaraq balinaların qorunmasına yönəlmiş bir sıra tədbirlər həyata keçirirlər. Məsələn, Beynəlxalq Balina Ovçuluğunu Qadağan edən Komissiya (IWC) balina ovunun qadağan edilməsi və balinaların qorunması üçün bir çox qanun və qaydalar tətbiq edir. Bu təşkilatın məqsədi balina növlərinin bərpası və ekosistemlərin qorunmasıdır.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri