Icma.az
close
up
RU
“Mavi dənizin sahilində” kinofilminin 90 yaşı tamam olur

“Mavi dənizin sahilində” kinofilminin 90 yaşı tamam olur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC

Bu il ən məşhur Azərbaycan filmlərindən biri - “Mavi dənizin sahilində” filmi 90 illik yubileyini qeyd edir. Məhz bu film ilk milli səsli film olub. Ekran işində alim, ixtiraçı, mühəndis Pavel Tager tərəfindən təklif edilən və kino tarixində inqilaba səbəb olan sistemdən istifadə edilib, bundan sonra dünyada bütün filmlər onun sistemindən istifadə etməklə səsləndirilməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, film SSRİ-nin “Mejrabpomfilm”, “Azərfilm” kinostudiyasının birgə işi olub və innovativ çəkiliş texnikası sayəsində tarixi film statusu alıb. “Mavi dənizin sahilində” filminin rejissoru o dövrün kinematoqrafiya aləminin məşhur simalarından biri, RSFSR-in Əməkdar artisti Boris Barnet olub. İkinci rejissor Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rejissorluq fakültəsinin məzunu Səməd Mərdanov idi. Filmdə diqqət çəkən bir çox maraqlı epizodlar məhz onun yaradıcılıq axtarışlarının nəticəsidir. Kadrları müşayiət edən maraqlı musiqi parçaları epizodlarla məntiqi və üzvi şəkildə bağlıdır, hadisələrin məzmunu ilə, personajların hiss və emosiyaları ilə sintez olunur. Ekran əsərinin üzərində sonralar 70 filmin yaradılmasında iştirak edən Mirzə Mustafayev və 1916-cı ildə “Arşın mal alan”ın ilk ekranlaşdırılmasında rol alan, daha sonra isə rejissor olan Məmməd Əlili çalışıb.

Filmin çəkilişləri 1935-ci ildə aparılıb, sovet kinoteatrlarında isə film 1936-cı il aprelin 20-dən nümayiş etdirilməyə başlayıb. Baxmayaraq ki, o vaxtkı adət üzrə ilk nümayiş 1935-ci ilin payızında “Mejrabpomfilm” kinoteatrının nümayiş zalında baş tutub. “Veçernyaya Moskva” qəzetinin 1935-ci ildə noyabrın 1-də yazdığı kimi: “Kiçik bir tamaşaçı qrupu bu yaxınlarda çəkilmiş materialı böyük məmnuniyyətlə izlədi. Təkçə rejissor, ssenari müəllifi və aktyorlar razı deyil, bu filmi çəkən operator Mixail Kirillov da, Leninqrad şossesindəki film fabrikinin transparant sexinin müdiri Antipov da işindən razıdır”.

“Mavi dənizin sahilində” filmi ekranlara çıxandan sonra kino tənqidçilərinin qarışıq reaksiyasına səbəb oldu. O dövrdə Sovetlər ölkəsi rəhbərliyinin müəyyən etdiyi kursa görə, incəsənət kommunist ideyalarını əks etdirməli, özündə bütün xalqlar üçün parlaq gələcək qurmaq üçün tərbiyəvi aspekt və ideoloji komponent daşımalı idi.

Film ekranlara çıxandan sonra 1936-cı ilin aprelində “Pravda”, “Kino”, “Raboçaya Moskva” qəzetlərində dərc olunan tənqidi məqalələrə baxmayaraq, “Mavi dənizin sahilində” öz auditoriyasını tapdı. Bu gün film süjet "təbliğatına" görə deyil, kamera işinə və səsdən innovativ istifadəyə görə çox vaxt sovet kinosunun “az tanınan klassikası” adlandırılır.

Ekran işinin sosialist realizm dövründə ərsəyə gəlməsinə baxmayaraq, o, “azad nəfəs” kimi qəbul edilmiş və indiyə qədər sovet kinosu tarixində ən lirik filmlərdən biri hesab edilərək Azərbaycan kinosunun və dünya kinosunun qızıl fonduna daxil olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli qərarı ilə “Mavi dənizin sahilində” filmi Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan filmlərin siyahısına daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri