Icma.az
close
up
RU
BAMF 33 ildə nələr edib? Umud Mirzəyev danışdı

BAMF 33 ildə nələr edib? Umud Mirzəyev danışdı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fəaliyyətə başlamasının 33 ili tamam olur. 1992-ci ilin çətin günlərində yaranan bu təşkilat, zamanla Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayan nüfuzlu bir quruma çevrilib. Tarixin ən mürəkkəb dövrlərində belə geri çəkilməyən BAMF, informasiya cəbhəsində ön sıralarda yer alaraq həm media, həm də vətəndaş cəmiyyəti sahəsində dəyərli və unudulmaz izlər qoyub.

Modern.az təşkilatın yaradılmasının 33-cü ildönümü münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsisçisi və səlahiyyətli sədri Umud Mirzəyevlə həmsöhbət olub.

Müsahibimiz bildirib ki, 33 illik fəaliyyətə malik Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda yaranmış ilk Qeyri-Hökumət Təşkilatlarından biridir.

“Fondun əsas missiyası münaqişə zonalarına, xüsusilə də Qarabağ bölgəsinə jurnalistlərin, diplomatların, yazarların səfərlərini təşkil etmək, bölgədə baş verən hadisələr haqqında obyektiv və etibarlı informasiyanın beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin etməkdir. Bu zərurətdən doğaraq, BAMF-ın əsas hədəfi separatizm çağırışlarına qarşı Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, ölkəmizə qarşı təcavüz faktlarını beynəlxalq aləmdə ifşa etmək olmuşdur".

Umud Mirzəyev xatırladıb ki, BAMF 1992-ci ilin iyun ayında təsis olunub, sentyabrın 4-də isə rəsmi dövlət qeydiyyatından keçib.

“Bu gün BAMF BMT yanında ECOSOC-un “ümumi məşvərətçi statusu”na sahib olan, peşəkar komandaya malik, regionun nüfuzlu və seçilən vətəndaş cəmiyyəti institutlarından birinə çevrilib.

Birinci Qarabağ müharibəsi dövründə təşkilat tərəfindən 100-dən artıq yerli və xarici jurnalistin bölgəyə səfərləri təşkil olundu. Bu səfərlər çərçivəsində beynəlxalq medianın, o cümlədən Pribaltika, Avropa ölkələri və postsovet məkanından olan jurnalistlərin iştirakı ilə bölgədə baş verən təcavüzlə bağlı informasiyanın yayılmasına nail olmuşuq.

İkinci Qarabağ müharibəsi zamanı isə - 27 sentyabr – 27 noyabr tarixləri arasında təşkilatımızın əsas heyəti ilə birgə ön cəbhədə xarici jurnalistləri müşayiət edərək, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal fəaliyyət göstərmişik”.

Həmsöhbətimiz həmçinin vurğulayıb ki, BAMF-ın fəaliyyəti çoxşaxəlidir.

“Təşkilat media sahəsində peşəkar komanda ilə yanaşı, minatəmizləmə və mina təhlükəsizliyi sahəsində də fəaliyyət göstərən ixtisaslaşmış əməkdaşlara malikdir. Həmçinin inkişaf və maarifləndirmə layihələri icra olunur, bu sahələrdə beynəlxalq standartlara uyğun iş prinsipləri tətbiq edilir. Nəticə etibarilə, BAMF bu gün regionda nüfuzlu bir quruma çevrilib”.

“Biz Qarabağ münaqişəsinin başa çatması, ölkəmizin bütövlüyünün bərpa olunması ilə bağlı proseslərə nə qədər kiçik olsa da, öz töhfəmizi vermişik və bununla qürur duyuruq”,- deyə U.Mirzəyev əlavə edib.

“Gələcək fəaliyyət istiqamətlərimizdə də daha çox işləməyə ehtiyac duyduğumuzu düşünürük. Bu gün ətrafımızda müxtəlif dilləri bilən, potensiallı və vətənpərvər gənclərdən ibarət böyük bir komanda var. Biz onların beynəlxalq ictimaiyyətə inteqrasiyası, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün fəaliyyətlərini dəstəkləyirik və beynəlxalq platformalardakı əlaqələrimizdən maksimum istifadə etməyə çalışırıq”.

Ü.Mirzəyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı beynəlxalq səviyyədə müxtəlif təzyiqlər davam edir:

“Azərbaycanın güclənməsini, ərazi bütövlüyünü istəməyən qüvvələr və ölkələr bu prosesə müxtəlif istiqamətlərdən təzyiqlər göstərirlər. Biz isə təşkilat olaraq çalışırıq ki, komandamız dünya miqyasında nüfuzlu beyin mərkəzləri ilə əməkdaşlığı gücləndirsin və bu mərkəzlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən, doğru və dürüst məlumatların paylaşılmasını təmin etsin”.

Müsahibimiz onu da əlavə edib ki, bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək niyyətindədirlər.

“BAMF-ın Nyu-York, Vyana və Cenevrədə fəaliyyət göstərən BMT strukturları çərçivəsində istifadə hüququ vardır. Biz bu imkanlardan maksimum şəkildə yararlanaraq, beynəlxalq səviyyədə tədbirlərin təşkilinə, Azərbaycanın haqq səsinin ön planda olmasına çalışırıq.

Vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə böyük potensialımızın olduğunu hesab edirik və bu potensialdan istifadə etməklə, ölkəmizə zəruri faydaların gətirilməsi üçün var gücümüzlə çalışmaqda davam edəcəyik”,- deyə U.Mirzəyev fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri