Bank kartından oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nizami rayonu ərazisində bir nəfərin bank kartından 603 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Baxış sayı:29
Mənbə:https://pravda.az