Bank rəhbəri edam olunacaq 16,8 milyon dollarlıq rüşvət QALMAQALI
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Çinin ən böyük banklarından birinin keçmiş rəhbəri edam olunacaq.
Sfera.az xəbər verir ki, "Bank of China"nın keçmiş sədri Liu Liangge rüşvət almaqda və qanunsuz kredit verməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.
Belə ki, Liu Lianggenin işi üzrə istintaq ötən il başlayıb. Məhkəmə onu 121 milyon yuandan (təxminən 16,8 milyon ABŞ dolları) çox məbləğdə rüşvət almaqda təqsirli bilib.
Qeyd edək ki, bu hal Çində ilk dəfə deyil. 2023-cü ildə Çin dövlət maliyyə qrupu “China Everbright Group”un keçmiş sədri Li Xiaopeng də həbs edilib. Bundan əlavə, Çinin ən böyük sığorta şirkətlərindən biri olan “China Life Insurance”in keçmiş rəhbəri Van Bin möhlətlə edam cəzasına məhkum edilib.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 27 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















