Icma.az
close
up
RU
Bank Respublika ilə bağlı kritik durum: bağlanır? Mühüm açıqlama

Bank Respublika ilə bağlı kritik durum: bağlanır? Mühüm açıqlama

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bank Respublika” ətrafında maliyyə vəziyyətinə dair narahatlıq doğuran mənzərə yaranıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayı üzrə açıqlanan hesabata əsasən, bankın gecikmiş problemli kreditləri kəskin artıb. Vaxtı keçmiş kreditlərin həcmi 19 milyon 667 min manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Mütəxəssislər bildirirlər ki, banklar adətən problemli kreditləri rəsmi sənədlərdə real göstəricidən daha aşağı göstərməyə çalışırlar. 

Sözügedən hesabatda həmçinin vurğulanıb ki, 2024-cü ilin müvafiq dövründə fiziki şəxslərin yerləşdirdiyi depozitlərin həcmi 649 milyon 867 min manat olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 50 milyon manata yaxın azalaraq, 602 milyon 476,18 min manat təşkil edib. Bu, 7,3 faiz azalma deməkdir.

Qeyd edək ki, son 10-15 ildə depozitlərin azalması və problemli kreditlərin artması kimi meyllər bir sıra bankların sonradan müflis olmasına və fəaliyyətini dayandırmasına səbəb olub.

“Bank Respublika”da müşahidə edilən dinamika müvəqqəti dalğalanmadır, yoxsa sektor üçün yeni risk siqnalı?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, “Bank Respublika”da fiziki şəxslərin depozitlərinin bu il əhəmiyyətli dərəcədə azalması mənfi haldır:

“Çünki əmanətçilər bankdan vəsaitini çıxardıqda bankın kredit vermək imkanları azalır, likvidlik problemi yaranır və ciddi risk formalaşır. Bununla yanaşı, bəzi mənbələrdə qeyd edilir ki, bankın ümumi depozit portfeli 1,5 milyard manat artıb. Bu isə müəyyən ziddiyyət yaradır: ya xəbərlərdə manipulyasiya mövcuddur, ya da fiziki şəxslərin depozit azalmasına baxmayaraq bank başqa mənbələrdən, xüsusilə hüquqi şəxslərdən daha çox depozit cəlb edib. Fiziki şəxslər üzrə azalmanın fonunda ümumi depozit portfelinin artması göstərir ki, proses panika ilə bağlı deyil. Ehtimal etmək olar ki, bank fiziki şəxslər üzrə depozit cəlbini faiz dərəcələrini aşağı salmaqla məhdudlaşdırıb, vəzində hüquqi şəxslərdən daha rahat depozit cəlb edib. Bankın depozitləri həddindən artıq azaltmaq imkanı da yoxdur, çünki kredit buraxılışı üçün müəyyən səviyyədə depozit bazası qorunmalıdır”.

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, problemli kreditlərin həcminin ötən illə müqayisədə iki dəfə artmasının bir sıra səbəbləri var:

“Bu, adətən kredit mütəxəssislərinin düzgün fəaliyyət göstərməməsi, bank daxilində nəzarət və audit mexanizmlərinin zəifləməsi ilə əlaqədar olur. Hazırkı hesabatlarda problemli kreditlərin ümumi kredit portfelində payı təxminən 1,25 faiz kimi göstərilir. Bu göstərici ötən illə müqayisədə iki dəfə artsa da, panikaya səbəb olacaq rəqəm deyil. Bankın faiz xərcləri də artıb, 2025-ci ilin sentyabrında başa çatan rübdə faiz xərcləri təxminən 90 milyon manat olub və bu artım ümumi kredit portfelinin genişlənməsi ilə uyğunluq təşkil edir. Bununla belə, faiz xərclərinin yüksəlməsi ümumi kredit riskini artırır. Ümumiyyətlə, Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir və bu yalnız “Bank Respublika”ya aid məsələ deyil, sektorda ümumi tendensiyadır. Bu isə kredit mütəxəssislərinin fəaliyyətində çatışmazlıqların olduğunu göstərir”.

E.Rəşidov bildirib ki, “Bank Respublika”nın kapital adekvatlığı təxminən 10 faiz göstərilir və bu, normativə uyğun olaraq müəyyən təhlükəsizlik yastığı yaradır:

“Lakin bankın nağd pul vəsaitləri azalıb, bu da likvidlik problemini artırır. Mövcud məlumatlara görə, ilin əvvəlindən nağd vəsaitlərdə təxminən 25 faizlik azalma var, bu da likvidlik riskini yüksəldir, bank üçün xəbərdarlıq əlamətlərinin olduğunu göstərir. Problemli kreditlərdə artım, fiziki şəxslərin depozit çıxarışı müşahidə olunur, lakin bankın kapital adekvatlığı mövcuddur, həm aktivləri, həm də kredit portfeli artıb. Belə amillər bankın böhran həddində olmadığını göstərən müsbət dinamika yaradır. Mətbuatda deyilənlərə əsaslansaq, hazırkı vəziyyət sektordakı ümumi risk fonunda qiymətləndirilməlidir və bütövlükdə bank sektorunun problemidir”.

Ekspert xatırladıb ki, Azərbaycan Mərkəzi Bankının (AMB) əsas funksiyaları monetar siyasət və maliyyə bazarlarına nəzarətdir:

“Bu çərçivədə AMB risk əsaslı maliyyə nəzarətini gücləndirməli, bankların stress-testlərini daha aktiv tətbiq etməlidir. Bankın özünə gəldikdə, kredit siyasətini və kredit verən mütəxəssislərin fəaliyyətini yenidən qiymətləndirməlidir. Görünür ki, kredit verilməsi zamanı nəzarətdən yayınan halların sayı çoxdur. Bank müəyyən likvidlik yastığı formalaşdırmalı, nağd pul ehtiyatlarını artırmalı və ehtiyac olduğu halda fiziki şəxslərdən depozit cəlbini daha əlverişli faiz siyasəti ilə stimullaşdıra bilər. Bu, həm likvidlik problemini azaldar, həm də kredit tələbi varsa, onun qarşılanmasını təmin edər. Bu baxımdan həm AMB, həm də “Bank Respublika” üçün dəyişikliklər zəruridir. Əmanətçilər və investorlar isə qoyduqları vəsaitlə bağlı qərar verərkən bankların maliyyə hesabatlarını mütəmadi izləməlidirlər. Əgər bank sektorunda problemli kreditlərlə bağlı ümumi risk artırsa, bu, AMB-nin maliyyə nəzarətini daha effektiv şəkildə həyata keçirməsini tələb edir.

Bankın müflis olma və ya bağlanma ehtimalına gəldikdə isə, hazırda belə bir durum yoxdur. Çünki portfel və aktivlər böhran səviyyəsində deyil. Azərbaycanda son 15 ildə bankların təxminən yarısının bağlanmasının səbəbləri uzunmüddətli struktur problemlər olub və bəzi hallarda bank sahiblərinin məsuliyyətsiz davranışları qeyd edilib. Məsələn, ABB bağlanmasa da, sektor üçün yaratdığı zərər digər bankların ümumi zərərindən daha çox olub. Bütün bunlar göstərir ki, həmin dövrlərdə AMB maliyyə nəzarəti funksiyasını ya effektiv, ya da peşəkar şəkildə yerinə yetirməyib. Mövcud vəziyyətdə isə problemlərin aradan qaldırılması üçün həm nəzarət, həm də bankdaxili idarəetmə mexanizmləri gücləndirilməlidir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri