“Bank Respublika” 24 sentyabrda mühüm qərarlar verəcək
Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bank Respublika” ASC nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq.
Marja.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 24 sentyabr 2026-cı il saat 12:00-da bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yığıncağın gündəliyində əsas məsələlərdən biri “Bank Respublika”nın nizamnamə kapitalının artırılmasıdır. Kapital artımı ilə əlaqədar bankın nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiqlənməsi də səhmdarların müzakirəsinə təqdim olunacaq.
Bundan başqa, səhmdarlar 24 iyul 2026-cı ildə keçirilmiş ümumi yığıncaqda bəzi məsələlər üzrə qəbul edilmiş qərarlara yenidən baxacaq və həmin məsələlər üzrə yeni qərarlar qəbul edəcəklər.
Növbədənkənar ümumi yığıncaqda “Bank Respublika” tərəfindən aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiqlənməsi, eləcə də bankın Müşahidə Şurasının tərkibi məsələsi də müzakirə ediləcək.
Kapital artımının məbləği və bunun hansı üsulla həyata keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, bankın nizamnamə kapitalının artırılması kapital mövqeyinin gücləndirilməsi, aktiv əməliyyatların genişləndirilməsi və gələcək böyümə imkanlarının artırılması baxımından əhəmiyyət daşıya bilər.
Baxış sayı:142
Bu xəbər 25 Avqust 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















