Asiya İnkişaf Bankı Bank Respublika ilə bağlı açıqlama verdi
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Asiya İnkişaf Bankı (AİB) “AccessBank”ın səhmlərinin 100 faizinin “Bank Respublika” tərəfindən əldə edilməsindən sonra Azərbaycan bank sektorunda yeni tərəfdaşlıq mərhələsinə hazırlaşır.
Bu barədə AİB-dən bildirilib.
“AİB “AccessBank” ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini qoruyub saxlayıb və hazırda Bank Respublika ilə işləməyi səbirsizliklə gözləyir. AİB-nin mandatı özəl kapitalın səfərbər edilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, eləcə də özəl sektorun dayanıqlı və inklüziv inkişafının dəstəklənməsi yolu ilə uzunmüddətli inkişaf nəticələrinə nail olmaqdır”, - deyə qurumun nümayəndəsi qeyd edib.
AİB “Bank Respublika” ilə sövdələşmənin maliyyə şərtləri, o cümlədən kompensasiyanın forması və məbləği, habelə mümkün yeni səhmdarlıq iştirakına dair sualların birbaşa banka ünvanlanmasını tövsiyə edib.
Xatırladaq ki, noyabrın əvvəlində “Bank Respublika” və “AccessBank” strateji sövdələşmənin uğurla başa çatdığını elan ediblər. Sövdələşmə nəticəsində “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini əldə edib. Bunun müqabilində “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika” tərəfindən yeni buraxılmış imtiyazlı səhmləri əldə edərək bankın səhmdarlarına çevriliblər.
Sövdələşmədən əvvəl AİB “AccessBank”ın səhmlərinin 19,9 faizinə sahib idi. Bankın digər səhmdarları arasında Avropa İnvestisiya Bankı – 17,39 faiz, Beynəlxalq Maliyyə Korporasiyası – 16,56 faiz, “responsAbility” – 12,28 faiz, Niderland İnkişaf Bankı – 9,41 faiz, Avstriya İnkişaf Bankı – 9,17 faiz, SIFEM AG – 8,89 faiz, EFSE – 2,78 faiz, “Green for Growth” fondu – 1,77 faiz, Qara Dəniz Ticarət və İnkişaf Bankı – 0,58 faiz və “LFS Advisory GmbH” – 0,13 faiz yer alırdı.
Beləliklə, sövdələşmə əvvəlki səhmdarların “Bank Respublika”nın kapitalında yeni iştirakını nəzərdə tutsa da, AİB-nin əldə etdiyi kompensasiyanın dəqiq maliyyə parametrləri hələlik açıqlanmayıb.
Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Noyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















