Icma.az
close
up
RU
Bank sektorunda son vəziyyət açıqlandı

Bank sektorunda son vəziyyət açıqlandı

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı statistik bülleteninin mart ayı üzrə sayını dərc edib.

Banco.az xəbər verir ki, bu barədə  statistik bülletenində bildirilir.

Bank sektoru

31 mart 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,586 olmuşdur. 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 960.8 milyon manat, cəmi öhdəlikləri 50 milyard 292.5 milyon manat, balans kapitalı 7 milyard 668.3 milyon manat olmuşdur. Mart ayında bankların cəmi aktivləri və öhdəlikləri 1.4%, balans kapitalı 2% artmışdır. 

Hesabat ayında bankların kredit portfeli 0.6% və ya 171.5 milyon manat artaraq 30 milyard 290.3 milyon manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.5% (16 milyard 214.8 milyon manat);

ıı) istehlak kreditləri – 31.3% (9 milyard 490.9 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.2% (4 milyard 584.6 milyon manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 37 milyard 568.4 milyon manat. Depozit portfelinin 55.8%-i (20 milyard 980.1 milyon manat) hüquqi şəxslərin, 44.2%-i (16 milyard 588.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 69.1%-i (11 milyard 457.5 milyon manat) milli valyutada, 30.9%-i (5 milyard 130.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.9%-i (10 milyard 758.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 0.7% və ya 71.8 milyon manat artmışdır. Cari ilin I rübündə isə bankların müddətli əmanətləri üzrə artım 4.3% və ya 442.1 milyon manat olmuşdur. 

2026-cı ilin mart ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (5387 əmanətçi), ilin əvvəlindən 6.9% (13335 əmanətçi) artaraq 207.5 min nəfər təşkil etmişdir. 

Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 863.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.6%-ni təşkil etmişdir. 

2026-cı ilin I rübü ərzində banklar 372 milyon manat xalis mənfəət, 521 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor

Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 12.5% artaraq 40 milyard 5 milyon manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 467 milyon manat azalaraq 2 milyard 794.8 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyrirezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.

Ödənişlər sektoru

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 9% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46% artmışdır. 2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6.3%, POS-terminalların sayı 46% artmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://banco.az
archiveBu xəbər 29 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri