Icma.az
close
up
RU
Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Gəncədə 20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” (“Gəncə Bazar Store” MMC) banka olan kredit borcuna görə hərraca çıxarılır. “Xalq Bank”dan götürülmüş 5 milyon kreditin əvəzində girov qoyulan əmlakın hərraca çıxarılaraq satılması və banka olan borcun ödənilməsi barədə artıq məhkəmə qərar çıxarıb.

Gununsesi.info-nun özəl mənbələrə istinadən verdiyi xəbərə görə, bankdan götürülmüş 5 milyon manatlıq kreditin 3 milyon 800 mini qaytarılmayıb.

Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu, gecikmənin hər günü üçün illik 30 faiz dərəcəsi hesablanmaqla, 250 min 589 manat da cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırıb. Tələb olunub ki, məhkəmə borcun girov qoyulmuş əmlakın yönəldilməsinə qərar versin.

Məhkəmə də bu tələblə razılaşıb və Gəncədəki məşhur ticarət kompleksinin hərraca çıxarılıb satılmasına, əldə olunan vəsaitin bankın pulunun ödənişinə yönəldilməsinə qərar verib.

Əmlak sahibləri krediti ödəmədiklərini etiraf edir. Onları narazı salan əsas məsələ məhkəmənin əmlakla bağlı qiymətləndirməsidir – 7 milyon 900 min manat.

“Hələ 2015-ci ildə kredit götürüləndə kompleks yarım tikili vəziyyətdə olanda 9 milyon manat qiymətləndirilmişdi. Bankdan götürülən kredit bu əmlakın üstünə qoyuldu, tikildi, təmir oldu və təbii ki, qiyməti də dəfələrlə artdı. 2017-ci ildə bu əmlakın likvid dəyəri 25 milyon manat olub. Çox təəssüf ki, məhkəmə zamanı təyin edilmiş qiymətləndirmə əmlaka baxış keçirilmədən aparılıb. Nəticədə 2015-ci ildə yarım tikili halda qoyulmuş qiymətdən daha aşağı qiymət qoyulub. Halbuki, qiymətləndirmə şirkətinin bizə verdiyi rəydə kompleksin bazar dəyəri 28 milyon, likvid dəyəri 25 milyon göstərilib”, – şirkətin nümayəndəsi bildirib.

Onlar məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Apellyasiya məhkəməsinin gedişində “MBA LTD” MMC qiymətləndirmə şirkətindən yeni rəy alınıb. Bu şirkət əmlaka 18 milyon 400 min manat qiymət qoyub.

Qeyd edək ki, 2017-ci ilin noyabrında “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında Prezident İlham Əliyev də iştirak etmişdi. O zaman Gəncədə əhali arasında yeni bazarın icra başçısı Elmar Vəliyevə məxsus olması barədə söhbətlər yayılmışdı.

Yeri gəlmişkən, Elmar Vəliyev Gəncədən əvvəl Yevlaxın icra başçısı olub, onun bu rayonda da bir çox obyektlərə sahib olduğu bildirilirdi.

Gununsesi.info-nun məlumatına görə, “Xalq Bank”a Gəncədə 2015-ci ildə “Grand Qafqaz” tikilən ərəfədə həmin komplekslə yanaşı, Yevlaxda da dəyəri 4,5 milyona yaxın olan iki obyekt girov qoyularaq əlavə kredit götürülüb, lakin pul ödənilmədiyinə görə onların da məhkəmə qərarı ilə hərraca çıxarılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Avqust 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri