Icma.az
close
up
RU
Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi orqanları ilə əməkdaşlıq edən qiymətləndirmə təşkilatlarının ekspert və mütəxəssisləri ilə görüş keçirib. Görüşdə Dövlət Vergi Xidmətinin və yerli strukturlarının müvafiq bölmələrinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

DVX-dən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi ekspert və mütəxəssis rəylərinin keyfiyyətinin artırılması, bu rəylər əsasında müəyyən edilən vergi öhdəliklərinin məhkəmə qaydasında ləğvi riskinin azaldılması, qanunçuluğun təmin olunması, eləcə də əməkdaşlıq zamanı yaranan problemlərin müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi olub.

Görüşdə xüsusi bilik və ixtisaslaşma tələb edən sahələrdə, o cümlədən düzgün vergi uçotunun aparılmasında ekspert və mütəxəssis rəylərinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, vergi öhdəliklərinin müəyyənləşdirilməsində mühüm mənbələrdən biri olan bu rəylər aydın, əsaslandırılmış və strukturlaşdırılmış formada hazırlanmalıdır.

Ekspert rəylərinin keyfiyyətində müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb. Belə ki, 2025-ci ildə 50-yə yaxın ekspert rəyinin 34-də çatışmazlıqlar aşkar edildiyi halda, 2026-cı ilin 9 ayının nəticələrinə əsasən, bu göstərici 13-ə enib.

Müzakirələr zamanı qiymətləndirmə təşkilatlarının nümayəndələri Vergi Məcəlləsinin tətbiqi zamanı qarşılaşdıqları çətinlikləri və monitorinq prosesində yaranan problemləri diqqətə çatdırıblar. Xüsusilə, onlayn mənbələrdə haqqında məlumat olmayan məhsul və avadanlıqların qiymətləndisrilməsi ilə bağlı məsələlər konkret nümunələr əsasında müzakirə edilib. Dövlət Vergi Xidməti tərəfindən müvafiq tövsiyələr verilib, mövcud çətinliklərin aradan qaldırılması yolları nəzərdən keçirilib.

Qeyd edək ki, ekspert və mütəxəssis rəyləri əsasında vergi öhdəlikləri müəyyən edilərkən qanunçuluğun təmin olunması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən “Vergi orqanları tərəfindən istifadə olunan mütəxəssis (ekspert) rəylərinə dair minimum Tələblər” təsdiq edilib. Bu tələblər bir daha ekspert və mütəxəssislərin diqqətinə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri