Icma.az
close
up
RU
Azərbaycan tam müstəqil siyasət həyata keçirir

Azərbaycan tam müstəqil siyasət həyata keçirir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər Avropanın bəzi dövlətlərində dərin böhran və ixtişaşlar hökm sürür. Baş verən oxşar hadisələrin əsas səbəbi bu dövlətlərdə yaşanan sosial problemlər göstərilir. Başqa dövlətlərdə sosial problemlərin olması bəhanəsi ilə onların daxili işlərinə qarışan ölkələr öz daxilində bu cür problemlərlə üzləşirlər. Avropada baş verən ixtişaşların yatırılması üçün polis zorakılığı beynəlxalq təşkilatlar, xüsusən AP və AŞPA tərəfindən pislənmir, bəyanatlar, qətnamələr qəbul edilmir. Azərbaycanlılara qarşı soyqırımı törədən erməniləri, o cümlədən ölkəmizdə qaçaqmalçılıqla, konstitusion hüquqlarımızın dəyişdirilməsinə dövlət çevrilişi etməyə cəhd edənləri "siyasi məhbus" kimi qələmə verməyə çalışan beynəlxalq təşkilatlar Avropada etiraz zamanı həbs edilən insanları nədənsə "siyasi məhbus" adlandırmır. 

Nəyə görə AP və AŞPA Fransa başda olmaqla yüzlərlə insanı həbsə atdığına görə bir sıra Avropa dövlətlərinin hökumətlərini "antidemokratik hökumət" adlandırmır. Prezident cənab İlham Əliyev hər zaman qeyd etdiyi kimi, dünyada hələ də ikili standartlar hökm sürməkdədir. İstər ölkə daxilində, istərsə də xaricdə yaşayan bəzi üzdəniraq siyasətçilər hər zaman Avropadakı yüksək həyat səviyyəsindən, sosial rifahdan, təhsilin, səhiyyənin ən yüksək səviyyəsindən dəm vururlar. Əslində Avropada baş verən ixtişaş və böhran əsl həqiqəti üzə çıxardı. Avropalılar artıq sosial vəziyyətin ağırlığına, təhsilin, səhiyyənin inkişafa deyil, tənəzzülə uğramasına qarşı küçələrə axışırlar, etiraz edirlər. 

Başqa dövlətləri tolerantlıq və multikultural dəyərlərə hörmət etməməkdə günahlandıran Fransada tolerantlıqdan söhbət belə gedə bilməz. Bu ölkədə radikal millətçi ideyalar artıq dövlət siyasətinə çevrilməkdədir. Fransa və bəzi dövlətlərin Azərbaycanın daxili işlərinə qarışmağa nə hüquqi, nə də mənəvi ixtiyarı yoxdur. Azərbaycan dünyada tam müstəqil, siyasi, iqtisadi siyasət həyata keçirən, qlobal səviyyədə kifayət qədər nüfuz qazanan bir dövlətdir. 

Prezident cənab İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında qeyd etdiyi kimi, Azərbaycan tam müstəqil siyasət həyata keçirdiyi üçün bütün dünyada böyük bir hörmət qazanmışdır. Azərbaycan öz gücünə işğal altında olan torpaqlarını işğaldan azad edən, böyük siyasi, iqtisadi, hərbi gücə malik, dünya üçün olduqca önəmli bir dövlətdir. Ən əsası ölkəmizdə stabillik, bütün sahələrdə yüksək inkişaf, milli birlik hökm sürür. 

Kamilə Əliyeva Bakı Dövlət Universitetinin 

kafedra müdiri, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri