Icma.az
close
up
RU
İşdən məzuniyyətə çıxanlar üçün VACİB XƏBƏR Bundan sonra...

İşdən məzuniyyətə çıxanlar üçün VACİB XƏBƏR Bundan sonra...

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

İşçilərin məzuniyyət dövründə aldıqları əməkhaqqının hesablanması ilə bağlı qaydalar yenilənir.

BAKU.WS xəbər verir ki, yeni yanaşmaya əsasən, əməkdaşın məzuniyyətdə olduğu müddətdə ona ödənilən məvacib sonuncu aldığı əməkhaqqından aşağı ola bilməz. Bununla bağlı Əmək Məcəlləsində müvafiq dəqiqləşdirmələr aparılır.

Əmək Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələrinə edilən dəyişikliklərdə bir günlük əməkhaqqının müəyyənləşdirilməsi zamanı daha obyektiv və humanist yanaşmanın tətbiq olunacağı bildirilir. Bəzi hallarda işçinin iradəsindən asılı olmadan yaranan boşdayanma səbəbləri əməkhaqqının azalmasına yol açırdı. Yenilənmiş mexanizm isə belə vəziyyətlərdə işçinin real və ədalətli məvacib almasını təmin edəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, əmək funksiyasının daimi xarakter daşıdığı hallarda işçi ilə əmək müqaviləsi əsasən müddətsiz bağlanmalıdır:

"Hazırkı Məcəllədə mövcud olan bəzi istisnalar işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır. "ismən ödənişli və ya ödənişsiz məzuniyyətdən qayıdan işçilərin orta əməkhaqqının düzgün hesablanması vacib məsələdir. Yeni dəyişikliklərə əsasən, işçinin özündən asılı olmayan ödənişsiz məzuniyyət günləri, boşdayanma dövrləri və qismən ödənişsiz sosial məzuniyyət müddətləri artıq orta əməkhaqqının hesablanmasına daxil edilməyəcək".

Qeyd edək ki, distant işlə bağlı məsuliyyət məsələsinə də aydınlıq gətirilib. Yeniliyə görə, işəgötürən məsafədən yerinə yetirilən əmək fəaliyyəti zamanı yalnız özünün təqdim etdiyi avadanlıq, proqram təminatı və məlumatların təhlükəsiz istifadəsi üçün yazılı qaydaları işçiyə təqdim etməklə məsuliyyəti üzərinə götürür.

Məcəlləyə təklif edilən ən mühüm dəyişikliklərdən biri isə məzuniyyət günlərinin artırılması ilə bağlıdır. Yeni layihə ilə 46 təqvim günündən az olmayan məzuniyyət hüququ daha geniş və dəqiq şəkildə təsbit edilir. Xüsusilə Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan şəxslər üçün məzuniyyət müddəti artıq əvvəlki kimi 21–30 gün deyil, minimum 46 gün olacaq.

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Dekabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri