Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR Borclar...
Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Azərbaycanda istehlak kreditləri ilə bağlı yeni sığorta mexanizminin tətbiqi gözlənilir. Yeni qaydalara əsasən, banklar kredit təklif edərkən müştərilərə işsizlikdən sığortadan istifadə imkanını da təqdim etməli olacaqlar".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu mexanizm iş yerini itirən vətəndaşların kredit ödənişləri ilə bağlı yaranan çətinliklərini azaltmağa hesablanıb:
"Mərkəzi Bankın hazırladığı yeni qaydalar yaxın vaxtlarda qüvvəyə minəcək. Qaydalara əsasən, banklar istehlak krediti rəsmiləşdirərkən müştərilərə işsizlikdən sığorta məhsulunu təklif etməli olacaqlar. Bununla belə, sığortadan yararlanmaq və ya imtina etmək vətəndaşın öz seçimindən asılı olacaq.
Yeni mexanizm əmək müqaviləsi ilə çalışan və rəsmi iş yeri olan şəxsləri əhatə edəcək. Belə ki, iş yerinin bağlanması, ştatın ixtisara düşməsi və qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla əmək münasibətlərinə xitam verilməsi nəticəsində vətəndaş gəlirini itirərsə, onun kredit öhdəliyinin müəyyən hissəsi və ya tam məbləği sığorta şirkəti tərəfindən qarşılanacaq".
Deputat əlavə edib ki, bu yenilik işsiz qalan şəxslərin eyni zamanda kredit borcunu ödəmək məcburiyyətində qalmasının yaratdığı maliyyə yükünü azaltmağa imkan verəcək:
"Beləliklə, vətəndaş yeni iş tapana qədər kredit ödənişləri ilə bağlı risklərin bir hissəsi sığorta mexanizmi vasitəsilə idarə olunacaq.
Yeni qaydaların digər mühüm tərəfi isə kredit faizlərinə mümkün təsiri ilə bağlıdır. İşsizlikdən sığorta tətbiq edilən kreditlərdə bankların riskləri azaldığından, belə kreditlərin daha aşağı faizlə təklif olunması nəzərdə tutulur. Bu isə vətəndaşlar üçün kredit şərtlərinin daha əlverişli olmasına şərait yarada bilər".
Orxan Hüseyn
Baxış sayı:52
Bu xəbər 27 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















