Icma.az
close
up
RU
Banklarda nəzarət SƏRTLƏŞİR KONKRET

Banklarda nəzarət SƏRTLƏŞİR KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda bankların sahibkarların maliyyə əməliyyatları ilə bağlı məlumatları Vergi Xidmətinə təqdim etməsi qanunvericiliyə əsasən həyata keçirilir.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov jurnalistlərin suallarınl cavablandırarkən deyib.

Onun sözlərinə görə, qanuna əsasən banklar VÖEN-i olan şəxslərin məlumatlarını mütəmadi şəkildə Vergi Xidmətinə təqdim etməlidir:

“Qanun bu gün deyir ki, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yəni VÖEN-i olanın məlumatını ayda bir dəfə Vergi Xidmətinə verməlidir”.

T.Kazımov qeyd edib ki, debet kart VÖEN-ə bağlı olduqda həmin məlumatlar avtomatik olaraq vergi orqanlarına ötürülür. Əks halda isə proses fərqli işləyir:

“Debet kart VÖEN-ə bağlı deyilsə və bank həmin əməliyyatlarda şübhə görürsə ki, bu sahibkarlıq fəaliyyətidir, onu şübhəli tranzaksiya kimi Maliyyə Monitorinqi Xidmətinə göndərir”.

Nəzərə çatdırıb ki, Maliyyə Monitorinqi Xidməti həmin məlumatları təhlil edir və vergidən yayınma və ya digər qanun pozuntusu aşkar etdikdə məlumatı Vergi Xidmətinə və ya aidiyyəti qurumlara yönləndirir:

“Bu normal beynəlxalq praktikadır”.

T.Kazımov bildirib ki, biznes fəaliyyəti ilə bağlı əməliyyatlar mütləq sahibkar hesabları üzərindən aparılmalıdır:

“Sahibkarlıq fəaliyyəti ilə əməliyyatları sahibkarlıq hesabları üzərindən keçirsinlər, onda onlara heç kim toxunmayacaq”.

Əlavə edib ki, fiziki şəxslərin kartları üzərindən gün ərzində onlarla və ya yüzlərlə köçürmə şübhə yarada bilər və bu halda banklar araşdırma aparır.

T.Kazımov qeyd edib ki, şübhəli əməliyyatlar yalnız vergidən yayınma ilə bağlı deyil, həm də çirkli pulların yuyulması və ya dələduzluq ehtimalları ilə əlaqədar araşdırılır

“Fərqi yoxdur fiziki şəxsdir, ya hüquqi şəxs. Şübhəli əməliyyat varsa, Maliyyə Monitorinqi bunu təhlil edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 May 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri