Icma.az
close
up
RU
Banklardan yeni dollar fırıldağı diqqətli olun!

Banklardan yeni dollar fırıldağı diqqətli olun!

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər üzərində möhür olan ABŞ dolları banklar tərəfindən qəbul edilmir. Eyni zamanda yüksək komissiya tələb edilir. Bu da şikayətlərə səbəb olur. Bildirilir ki, bankların filial əməkdaşları üzərində möhür olan əsginası qəbul etməyərək müştərini mərkəzi filiala yönləndirirlər. Mərkəzi filialda isə hər 100 dollar üçün 20% komissiya tutulacağı bildirilir.

Vəziyyətlə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov mediaya açıqlamasında qeyd edib ki, dolları dəyişəndə bank hansısa komissiya tutursa, bank da həmin pulu kiməsə satmalıdır: "Ola bilər bankın özündən də heç kim o pulu almır. Buna görə də məcbur olur, çox saxlayır, yaxud ABŞ-yə göndərməlidir ki, dəyişsin. Bu da bank üçün əlavə xərcdir. Qanuni məhdudiyyət yoxdur, sadəcə, bank bildirmək istəyir ki, səndən möhürlü pul alıram, məndən heç kim o pulu almır, problem olur. Mən də səndən ucuz alıram ki, ehtiyac olsa, ABŞ-yə göndərim".

Milli.Az-ın məlumatına görə, iqtisadçı Eldəniz Əmirov "Yeni Müsavat"a bildirdi ki, saxta olmayan, dövriyyədən çıxarılmayan əsginasların qəbul edilməməsi, buna görə komissiya tələb olunması istehlakçı hüquqlarının pozulmasıdır: "Üzərində möhür olan ABŞ dolları saxta deyilsə, dövriyyədən çıxarılmayıbsa, banklar bunu necə qəbul etməyə bilər? Əgər əvəzində 20 faiz komissiya tələb edilirsə, deməli, praktik işlənən əsginasdır. Hazırkı vəziyyətin bilavasitə nə hüquqi, nə də iqtisadi əsası yoxdur. Bu, sadəcə olaraq, bankların bazarda yaranmış psixoloji məqamlardan istifadəyə etməyə çalışmasıdır. Əgər digər variant varsa, bununla bağlı müştəriyə konkret səbəb göstərilməlidir. Məsələn, bu əsginasların geridönüşü çoxdur, Azərbaycanda istifadəsi mümkün deyil, əvəzində hansısa ölkəyə göndərilməlidir, bu böyük xərc tələb edir, bu xərci qarşılamaq üçün böyük vəsait toplanmalıdır və s. Əgər hər hansı bu qəbildən olan problem yoxdursa, bankların belə davranışı yolverilməzdir. Hər bir bank müştərisi eyni zamanda istehlakçıdır. Bu baxımdan da istehlakçıların hüquqlarının pozulması müvafiq dövlət qurumlarının baxmalı olduğu məsələdir".

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, əsginasların banklar tərəfindən qəbul edilməsi ilə bağlı məsələyə iki aspektdən baxmaq lazımdır. "Yeni Müsavat"a şərhində ekspert qeyd etdi ki, ən mühüm məqam əsginasın mənşəyidir: "Əgər söhbət Azərbaycan manatına münasibətdə olan əsginaslardan gedirsə, qanunvericilikdə əsginasların hansı hallarda yararsız hesab edilməsi ilə bağlı konkret tələblər müəyyən olunub. Yararsız hesab olunan əsginasların qəbul edilməməsi kommersiya banklarının öz səlahiyyətləri daxilindədir. Qismən zədələnmiş, amma yararlı hesab edilən və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən qəbul edilməyə uyğun əsginaslar kommersiya bankları tərəfindən qəbul edilir və Mərkəzi Bankda yenilənir. Bu, sadə bir prosesdir və bu prosesi təşkil etmək nisbətən asandır. Xarici valyutaya, xüsusilə ABŞ dollarına münasibətdə isə şərtlər daha mürəkkəbdir. Bir sıra hallarda tədavüldən çıxarılma prosesi ilə bağlı bir mexanizm formalaşır - banklar artıq tədavülünə icazə verilməyən, məsələn, üstünə hansısa möhür vurulmuş və ya zədələnmiş əsginasları toplamalıdırlar, öz vəsaitləri hesabına ABŞ-yə çatdırmalı və yenilənməsini təmin etməlidirlər. Bu isə uzunmüddətli prosesdir, pulun daşınması da kifayət qədər xərc tələb edir, üstəlik, komissiyalar ödənməlidir. Digər tərəfdən, bu vəsaitlərin toplanması banklar üçün zaman itkisidir. Əsginasın miqdarı elə olmalıdır ki, ABŞ-yə göndərilməsi və dəyişdirilməsi səmərəli olsun. Bu müddətdə həmin vəsait dövriyyədən kənarda qalır. Bank da pul işlədən bir institut olduğu üçün vəsaitin dövriyyədən kənarda qalması onun üçün itki deməkdir. Bu aspektdən müvafiq itkiləri nəzərə almaqla bəzi kommersiya bankları bu kateqoriyaya daxil olan əskinasların qəbul edilməsi ilə bağlı həm komissiyalar, həm daxili prosedurlar müəyyən edirlər".

İqtisadçının fikrincə, yalnız kommersiya banklarını ittiham etmək o qədər də asan deyil:  "Nəzərə almaq lazımdır ki, bu prosesdə Mərkəzi Bank heç bir məsuliyyət daşımır və eyni zamanda valyutaların yenilənməsi ilə bağlı hansısa mexanizm tətbiq etmir. Bu, hər bir ölkənin öz Mərkəzi Bankının həyata keçirdiyi siyasət çərçivəsində kommersiya bankları tərəfindən formalaşdırılan daxili prosedurlar hesabına tətbiq edilən üsuldur".

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə şərhində bildirib ki, ABŞ dolları dünya üzrə qəbul olunan valyutadır, amma banknotun üzərində bank, şirkət və ya hər hansı qurumun qeyri-rəsmi möhürü o əsginasa "şübhəli mənşə" görüntüsü verir. Bu səbəbdən xarici banklar (o cümlədən ABŞ bankları) belə əsginasları çox vaxt şübhəli kimi qəbul edir: "Onu yenidən dövriyyəyə buraxmazdan əvvəl inkassasiya yolu ilə ABŞ-yə göndərib təzə pulla dəyişmək lazım gəlir. Bu proses bank üçün əlavə xərc yaradır - nəqliyyat, sığorta, təhlükəsizlik, xidmət haqqı və s. Bunun hüquqi qadağası yoxdur, sadəcə, banklar riskdən qaçır. Bu məqamda vətəndaş haqlı olaraq soruşur: pulun üzərindəki möhürü mən vurmamışam, siz satdığınız kimi almazsınız? Cavab isə belədir - bank eyni əsginası eyni şərtlərlə almaq məcburiyyətində deyil. Bank valyuta alqı-satqısını azad bazar prinsipi ilə həyata keçirir. Yəni müştəriyə təmiz və qüsursuz əsginas satır. Lakin müştərinin gətirdiyi əsginas sonradan "qüsurlu" hesab olunursa, bank onu standart qiymətə deyil, aşağı dəyərlə almağı qərarlaşdırır. Bu, qanunvericilikdə qadağan edilmir. Amma etik baxımdan problemli görünə bilər".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri